Yuxarı

Avropapadan çağırış: Bakı ilə əməkdaşlıq gücləndirilsin!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyasının rəhbəri seçilmiş Ursula fon der Leyen "Şərq Tərəfdaşlığı" ölkələri ilə əlaqələri möhkəmləndirməyə dair çağırış edib.

Report xəbər verir ki, o, bu barədə genişlənmə üzrə gələcək avrokomissar, Macarıstandan olan namizəd Laslo Troksanyiyə yazdığı məktubda bildirib.

O, Ukrayna, Gürcüstan və Moldova ilə assosiasiya sazişlərinin icrasını sürətləndirməyə çağırıb.

Ursula fon der Leyen həmçinin Troksanyinin qarşısında "Şərq Tərəfdaşlığı"nın digər üç ölkəsi - Azərbaycan, Belarus və Ermənistan ilə də əlaqələri möhkəmlətmək tapşırığı qoyub, 2020-ci ilin ortalarına qədər uzunmüddətli siyasi hədəflərin yeni paketinin işlənib hazırlanmasının zəruriliyini qeyd edib.

Onun sözlərinə görə, tərəfdaşlığın məqsədləri Avropa İttifaqının imkanları və maraqlarına hörmət edilməklə proqram ölkələrinin siyasi və iqtisadi seçimini əks etdirməlidir.

Xatırladaq ki, Avropa Komissiyasının yeni tərkibi işinə 2019-cu ilin noyabrında başlayacaq.

Tarix
2019.09.11 / 10:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla