Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
8 Dekabr 2019


Bu, Azərbaycan millətinin adına ləkədir - Əli Həsənov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

1993-cü ildən başlayaraq, Azərbaycanda Prezident Heydər Əliyevin rəhbərliyi ilə həmrəylik və milli birlik siyasəti aparılır. Siyasi partiyalar cəmiyyətin aparıcı siyasi institutlarıdır. Dünən baş tutan toplantıda yalnız siyasi partiyalar iştirak etmirdi. Həmin tədbirdə QHT və media nümayəndələri də vardı. Eləcə də hakimiyyət təmsilçiləri də müzakirələrdə təmsil olunurdu.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov sentyabrın 11-də "Park İnn" otelində siyasi partiyalar, ictimaiyyət nümayəndələri və media təmsilçilərinin apardığı müzakirələri şərh edərkən deyib.

Əli Həsənov əlavə edib ki, bütün dövlərlərdə bu məsələ aktual olub: “Belə müzakirə və təmaslar Azərbaycan dövlətinin yürütdüyü siyasətə uyğun olub və indi də aparılan siyasətə uyğundur. Biz həmrəyliyi və milli birliyi Azərbaycanın alternativsiz reallığı hesab edirik. Bunun alternativini də görmürük. Dialoqun əksi qarşıdurma, insanların, təşkilatların bir-birinə qarşı apardığı mübarizədir. Biz dialoqu yüksək qiymətləndiririk. İstənilən halda cəmiyyətimiz üçün dialoq aktual və vacibdir.

Dünən keçirilən tədbirdə konkret mövzu ətrafında müzakirə aparılıb. Düşünürəm ki, bununla siyasi partiyalar, QHT nümayəndələri və media təmsilçiləri öz fəaliyyətini məhdudlaşdırmayacaq, gələcəkdə daxili və xarici siyasətə aid mövzularda dialoqu davam etdirəcəklər”.

Prezident köməkçisi təəssüflə bildirib ki, söyüşcül qəbildən olan insanlar da var: “Onlar Azərbaycanın sərhədlərini müxtəlif yollar və vasitələlə tərk ediblər. Xarici ölkələrdə özlərinə sığınacaq tapıblar. Təəssüfləndirici hal odur ki, onlar artıq antiazərbaycan dairələrin əlində silaha çevrilib. O cümlədən, bu antiazərbaycan dairələrinin maliyyələşməsində erməni fondları da iştirak edir. Xarici ölkələrdə onları Azərbaycana qarşı çirkin formada istifadə edirlər. Bu, bir tərəfdən azərbaycanlı adına, Azərbaycan millətinin adına ləkədir, digər tərəfdən də insanlarımızın gündəlik həyatının acı həqiqətidir. Mən əminəm ki, o insanlar nə zamansa özlərində müdriklik və Azərbaycan xalqına məxsus dəyərlər nümayiş etdirərək, bu yoldan çəkiləcəklər. Amma çəkilməyənlərə neyləmək olar? Bu, insanların könüllü seçimidir. Əgər onlar belə davranışı özlərinə həyat kredosu seçiblərsə, bunu davam etdirsinlər. Sağlam Azərbaycan vətəndaşları buna nifrət edir, milli-mənəvi dəyərlərimizə zidd olan fəaliyyət nümunələrinə nifrətlə yanaşırlar”.

Tarix
2019.09.12 / 14:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan Ukraynaya başsağlığı verdi

Bakıdan Quterreşə məktub: Soyqırım cinayəti...

Magistraturaya qəbulla bağlı mühüm dəyişiklik

Bakı ilə əlaqələr güclənməlidir - Berdiməhəmmədov

Qarabağ danışıqlarında İrəvan çətin durumdadır - Nakalyan

Bakının bu sənədi İrəvanda qorxu yaratdı

Qarabağı söz atışmaları ilə qaytarmaq olmaz, lakin... - Deputat

Erməni polkovnikdən şok: Əgər Bakı hücuma keçsə... - Video

Prezident və xanımı Şahxəndan türbəsində - Foto

Mikayıl Cabbarov erməni naziri darmadağın etdi - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla