Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Sentyabr 2019


Bakıda rəsmi qəbul - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 12-də Bakıda Ukraynanın dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

Axar.az xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan rəsmi qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Sonra çıxış edən səfir Vladislav Kanevski 28 il ərzində Ukraynanın keçdiyi inkişaf yolundan danışıb. O deyib ki, bu nailiyyətlər heç də asan başa gəlməyib.

Diplomat bildirib ki, bu gün Azərbaycan və Ukrayna birgə çoxsaylı layihələr həyata keçirir. O, əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə edib. Səfir, həmçinin ölkəsinin suverenliyi və ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyinə görə Azərbaycan dövlətinə təşəkkür edib.

Rəsmi qəbulda çıxış edən Xarici İşlər nazirinin müavini Xələf Xələfov Azərbaycan Hökuməti adından Ukrayna xalqını təbrik edib, sülh və əmin-amanlıq arzulayıb. Nazir müavini bildirib ki, iki ölkə arasında münasibətlər inkişaf edir. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Ukrayna Azərbaycanın etibarlı iqtisadi tərəfdaşıdır. Bir çox sahələrdə olduğu kimi, enerji sahəsində də sıx əlaqələr var. Ölkələrimiz arasında strateji tərəfdaşlıq qarşılıqlı səylər nəticəsində daha da möhkəmlənir.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, media nümayəndələri iştirak ediblər.

Tarix
2019.09.12 / 21:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Çili prezidentini təbrik etdi

Novruz Məmmədov xanım nazirlə görüşdü - Foto

XİN-də Xəzər müzakirəsi: Saziş...

Ərdoğan-Putin-Ruhani görüşü: mühüm mesajlar verildi

Paşinyanın cəfəng açıqlaması... - Hacıyev

İlham Əliyev gürcüstanlı nazirlə görüşdü

Bakı KTMT üçün müraciət edib? – Rəsmi açıqlama

Zurabişvili Əliyevə telefon açdı və təşəkkür etdi

İran necə cəzalandırılacaq? – ABŞ-ın ssenarisi

ABŞ-ın hədəfi: neft 100 dollara qalxacaq? - Korkodinov

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla