Yuxarı

Mehriban Əliyeva istirahət parkında - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:30

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 13-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni salınan istirahət parkında yaradılan şəraitlə tanış olub.

Axar.az xəbər verir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev parkda yaradılan şəraitlə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya görülən işlər barədə məlumat verib.

Yeni park Zeytunluq adlanan ərazidə yerləşir. Ərazisi 2,6 hektar olan bu istirahət məkanındakı zeytun ağacları 30-35 il əvvəl əkilib. Həmişəyaşıl, insan sağlamlığı üçün faydası hamıya bəlli olan bu qiymətli bitkilərə xüsusi qulluq göstərilib.

Onu da deyək ki, bu vaxta qədər Kürdəxanı qəsəbəsində park olmayıb, ərazi baxımsız vəziyyətdə idi. Bu gündən isə əhalinin istirahəti üçün lazımi şəraitlə təmin edilən yeni park sakinlərin istifadəsindədir. Ərazidə abadlıq işləri aparılıb, sahə dekorativ hasara alınıb, işıq dirəkləri, oturacaqlar, uşaqlar üçün oyun meydançası quraşdırılıb, “Zeytun” kafesi inşa edilib.

Tarix
2019.09.13 / 16:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla