Yuxarı

Xəzər dənizi ilə bağlı məsləhətləşmələr keçirildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzər dənizi ilə bağlı məsləhətləşmələr keçirildi

Bu gün Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

XİN-dən Axar.az-a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan tərəfini Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, İran tərəfini isə Xarici İşlər Nazirliyinin Baş idarə rəisi, İran İslam Respublikasının Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Rza Nəzər Ahari təmsil edib.

Görüş zamanı tərəflər, ilk növbədə, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Katibliyinin təsis olunması ilə əlaqədar məsələni müzakirə edərək Konvensiyanın səmərəli tətbiqi baxımından onun Katibliyinin fəaliyyətə başlamasının zəruriliyini vurğulayıb və Konvensiya tərəflərinin qarşılıqlı anlaşma əsasında bu istiqamətdə tezliklə razılığa gəlməsinin vacibliyini qeyd ediblər.

Məsləhətləşmələr çərçivəsində həmçinin Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclasının tarixi, eləcə də onun gündəliyinə daxil olan məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə habelə tərəflər arasında qarşılıqlı maraq kəsb edən digər mövzular da müzakirə olunub.

Tarix
2019.09.17 / 19:36
Müəllif
Axar.az
Digər xəbərlər

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla