Yuxarı

Paşinyan rəqiblərini niyə ləkələyir? - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın Ermənistanda əhalinin sayını 5 milyona çatdırmaq, ümumdaxili məhsulu 15 dəfə artırmaq, ordunu dünyanın 20 ən güclüsü sırasına qatmaq kimi bəyanatları daxili siyasətdə özünə nüfuz qazanmaq məqsədi daşıyır.

Bu sözləri Axar.az-a politoloq Əhəd Məmmədli Ermənistanın Baş naziri Nikol Paşinyanın elan etdiyi Ermənistan 2050 – Strateji İnkişaf Sənədi haqqında danışarkən deyib.

O, Paşinyanın fikirlərini populizm adlandırıb:

“Paşinyanın ifadə etdiyi strateji hədəflər faktsız, proqramsız və əsassız fantaziyadan başqa bir şey deyil. Bunu erməni ekspertlər də ifadə edir. Paşinyan verdiyi vədlərin heç birini yerinə yetirmədiyindən, özünə haqq qazandırmağa çalışır. Artıq il yarımdan çoxdur ki, o, hakimiyyətdədir, lakin ortada heç bir real nəticə yoxdur. Ermənistan iqtisadiyyatı bərbad vəziyyətdə qalıb. Real proqramlar yox dərəcəsindədir. İnsanlar ölkədən gedir və əhalinin sayı getdikcə azalır. Ümumiyyətlə, daxili siyasətdə müsbət dəyişiklik yoxdur. Bu istiqamətdə daha çox siyasi rəqiblərin ləkələnməsi prosesi özünü göstərir”.

Politoloq bildirib ki, Ermənistanda sosial-mədəni sferada konkret heç bir addım atılmır:

“Belə bir şərtlər daxilində Ermənistan dövlət olaraq necə inkişaf edə bilər? Məsələn, S.Bablumyan sual edir ki, erməni qadınlar uşaq dünyaya gətirə biləcəkmi? Onların həyat tərzi buna imkan vermir. Nə ailə həyatı, nə də sosial təminat Ermənistanda artımın olması üçün ümidverici heç nə demir. Hakimiyyət hələlik bu istiqamətdə konkret heç bir proqram həyata keçirməyib. Real fakt ondan ibarətdir ki, Ermənistanı qısa bir müddətdə 8 mindən çox adam tərk edib. Bu proses erməni ailəsinin reproduktivlik potensialının yüksəlməyəcəyinə dəlalət edir”.

Tarix
2019.09.18 / 17:52
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla