Yuxarı

ABŞ-Azərbaycan münasibətləri müzakirə edildi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:42

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Federika Moqerini ilə görüşüb.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Aİ arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparılıb.

Avropaya qaz təminatının müxtəlifliyi və təhlükəsizliyinin yaxşılaşdırılmasını nəzərdə tutan mühüm strateji qaz infrastruktur layihəsi olan Cənubi Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) komponentinin nəzərdə tutulmuş qrafik üzrə tikintisinin başa çatması məsələləri tərəflər arasında müzakirə edildi.

Tərəflər Azərbaycanla Aİ-nin münasibətlərinin hüquqi əsasını təşkil edəcək yeni tərəfdaşlıq Sazişi və davam edən danışıqlar üzrə fikirlərini bölüşdülər.

Ali Nümayəndə Federika Moqerini Azərbaycan Respblikasının diplomatik xidmətinin 100 illik yubileyi medalı ilə təltif olunduğu üçün təşəkkürünü ifadə etdi.

Görüşdə Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Xarici İşlər nazirləri arasında Nyu Yorkda baş tutmuş ən son görüş və ümumiyyətlə, münaqişənin tənzimlənməsi prosesinin cari vəziyyəti ilə bağlı məlumat verdi və bölgədə sülh və təhlükəsizliyə ciddi hədə təşkil edən bu münaqişənin tezliklə beynəlxalq ictimaiyyətin mövqeyi, o cümlədən BMT TŞ-nin qətnamələri əsasında həllinin vacibliyini qarşı tərəfin diqqətinə çatdırdı.

Görüş əsnasında həmçinin regional və beynəlxalq gündəlikdə duran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb.

Məlmata görə, görüşdə tərəflər ABŞ-Azərbaycan əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmmədyarov Dövlət Katibinin köməkçisinə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Nyu Yorkda keçirilmiş görüşü barədə məlumat verib və bölgədə sülh və təhlükəsizliyə ciddi hədə təşkil edən bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də başda BMT Təhlükəsizlik Şurasının qətnamələri olmaqla beynəlxalq təşkilatların qərar və sənədləri əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının qarşıdan gələn Zirvə görüşü və Azərbaycanın Hərəkata sədrliyi məsələləri tərəflər arasında müzakirə edilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tarix
2019.09.24 / 22:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla