Yuxarı

Lüksemburq Azərbaycan xalqından üzr istəməlidir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropanın mərkəzində belə bir tədbir zamanı bu hadisənin baş verməsi utancvericidir. O dronun yerinə hər hansı terror aktı da baş verə bilərdi. Deməli, bunların təhlükəsizlik orqanlarının işi bundan ibarətdir. Ya onlar işləmirlər, yerində deyillər, ya da təxribat törədənlərlə birbaşa əlbirdilər. Bunun başqa adı yoxdur.

Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov dünən Lüksemburqda “Qarabağ”la “Dedelanj” klubu arasında baş tutuan görüşdə dron vasitəsilə törədilmiş təxribatla bağlı danışarkən deyib.

S.Novruzov bildirib ki, “Düdelanj”ın meydançasında 4 qol vurmaq elə həmin təxribata cavab idi:

“Ümumiyyətlə, ermənilər təxribat törətməklə idmanı da siyasiləşdirməyə can atırlar. Avroviziya müsabiqəsində də belə təxribat var idi. Təqdimatı həyata keçirən diktorun əlindəki emblemin arxasında Ağrı dağın şəkli əks olunmuşdu. Halbuki Ağrı dağı Türkiyənin ərazisindədir. Dədə-babadan türkün olub və türkün də olacaqdır.

Azərbaycan Prezidenti ötən gün Soçidə çıxışında "Qarabağ Azərbaycandır" deyərək məsələyə “nida” qoydu. Dağlıq Qarabağ əzəli və əbədi olaraq Azərbaycanın torpağıdır. Bu bir daha onu göstərir ki, Azərbaycanın Ali Baş Komandanı, hər bir əsgəri, idmançısı və vətəndaşı bu məsələdə heç bir güzəştə gedə bilməz”.

S.Novruzov bildirib ki, Lüksemburq dövləti Azərbaycan xalqından üzr istəməlidir:

“Orada stadiondan kimsə var idi ki, kənardan onlara birbaşa istiqamət verirdi. Yəni, təxribat stadionun özündə qurulmuşdu. Meydança sahibləri, hakim, Lüksemburqun idman naziri futbolçularımızdan üzr istədi. Ancaq bu əsas deyil. Birbaşa Lüksemburq dövləti Azərbaycan xalqından üzr istəməlidir. Ona görə ki, bu cür oyunları təşkil edə bilmirlər.

Fikir verirsinizsə, nə üçün beynəlxalq tədbirləri, yarışları Azərbaycanda keçirirlər?! Biz hətta ermənilərin beynəlxalq yarışlarda Azərbaycana gəlməsinə və onların təhlükəsizliyinin qorunmasına tam şəkildə zəmanət vermişik. Onlar müxtəlif yarışlarda da gəlib Bakıda iştirak ediblər. Çünki Azərbaycan bütün bu məsələlərin məsuliyyətini dərk edir. Dərk etdiyinə görə də həm təhlükəsizlik, həm də hər hansı təxribat baxımından hər bir məsələni ölçüb-biçir. Ona görə də bütün beynəlxalq forumlar, dövlət başçılarının görüşləri, beynəlxalq idman, musiqi yarışlarını təşkilatçılar həmişə Azərbaycana böyük məmnuniyyətlə salırlar. Avropa Liqasının final oyunu Bakıda keçirildi. 70 min azarkeşin toplandığı stadionda heç bir təxribat baş vermədi. Halbuki qabaqcadan deyirdilər ki, hansısa təxribatlar ola bilər”.

Deputat əlavə edib ki, hazırda Avropada mühacir həyatı yaşayan, antiazərbaycan əleyhinə iş aparan vətən xainləri, Dağlıq Qarabağla və dünənki oyunla bağlı bir kəlimə də olsun ermənilərə qarşı münasibətlərini bildirməyiblər:

“Bir də görürsən ki, kimlərsə Azərbaycan səfirliyi qarşısında piket keçirir. Müxtəlif təhqiramiz ifadələr işlədirlər. Buradan arvad paltarında Azərbaycandan qaçan, yalandan özünü siyasi mühacir elan edən insanlar bir daha onu göstərdi ki, erməni lobbisinin hesabına antiazərbaycan fəaliyyəti göstərirlər. Çünki dünənki hadisə nümunədir. İndiyə kimi biri də səsini çıxarmayıb. Lüksemburqa yaxın yerlərdə yaşayanlar var. Niderlandda qalanlar var. 1 saatlıq yoldur ora getmək. Toplaşıb Lüksemburqda aksiya keçirə bilərlər. Ancaq biz bunu görmürük. Qoy Azərbaycan xalqı da görsün ki, onlar nəyə xidmət edirlər. Onlar vətən xainləridir”.

Tarix
2019.10.04 / 14:08
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq

Əlcəzair liderindən Əliyevə: Bu ağrılı sınaqdan...

Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla