Yuxarı

Komitənin iclası niyə keçirilmir? – Millət vəkili açıqladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monitorinq Komitəsində münaqişələrə dair alt komitənin iclasının uzun müddətdir ki, keçirilməməsinin xüsusi bir səbəbi yoxdur.

Bu sözləri millət vəkili Səməd Seyidov Axar.az-a eksklüziv açıqlamasında deyib.

Onun sözlərinə görə, buna səbəb gündəmdə xüsusi bir məsələnin dayanmamasıdır:

“Bilirsiniz ki, bu komitənin gündəmində təkcə Azərbaycan və Ermənistan münaqişəsi deyil. Burada Moldova, Gürcüstan, Ukrayna, Azərbaycan, Ermənistan təmsil olunur. Gündəlik hansısa formada yetişdikdən sonra iclas keçiriləcək. Onlar hansısa bir məqamda ümumi gündəlik formalaşdırdıqdan sonra bu, baş verəcək. O ki qaldı Dağlıq Qarabağ münaqişəsinə, bu məsələ bütün komitələrdə gündəmdədir”.

Seyidov monitorinq komitəsinin işində iştirakına da toxunub:

“Hesab edirəm ki, bu gün monitorinqlə yanaşı ən vacib komitələrdən biri siyasi komitədir – insan haqları və demokratiyanın inkişafıdır. Və mən hər iki komitənin işində iştirak edirəm”.

Tarix
2019.10.11 / 14:21
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla