Yuxarı

Alman qəzeti erməni işğalından yazdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın “Der Freitag” qəzetində dərc edilən “Martin Sonneborn immunitetindən sui-istifadə edir” adlı məqalədə beynəlxalq səviyyədə Azərbaycanın ərazisi hesab edilən Dağlıq Qarabağ bölgəsinin 25 ildən artıqdır Ermənistan tərəfindən işğal altında saxlanıldığı nəzərə çatdırılır. Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməklə yanaşı, bir milyondan artıq azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin saldığı vurğulanır. Qondarma “Dağlıq Qarabağ respublikası”nın dünyanın heç bir dövləti və ya təşkilatı tərəfindən tanınmadığı bildirilir.

Azərtac xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Almaniyanın mövqeyi açıqlanır və AFR XİN-ə istinadən Almaniyanın “Dağlıq Qarabağ respublikası” adlı qurumu tanınmadığı qeyd olunur. Atəşkəs xətti boyunca daim atəş səslərinin eşidildiyi, habelə minalanmış ərazi təhlükəsinin olduğu vurğulanır. Avropa Parlamentinin həyat yoldaşı erməni olan deputatı Martin Sonnebornun Ermənistanın maraqlarını müdafiə etməklə məşğul olduğu nəzərə çatdırılır. Deputatın Dağlıq Qarabağa səfəri zamanı Brüsseldə fəaliyyət göstərən erməni lobbi təşkilatı Ədalət və Demokratiya naminə Avropa Erməniləri Federasiyasının prezidenti Kaspar Karampetyan və təşkilatın direktoru Hegvine Evinjan tərəfindən müşayiət olunduğu diqqətə çatdırılır.

Tarix
2019.10.15 / 22:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla