Yuxarı

Nazir: Allah xatirinə, bu ermənilər xəbər etsin ki...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir: Allah xatirinə, bu ermənilər xəbər etsin ki...

Əgər Rusiyanın erməni soyadlı hansısa vətəndaşı Azərbaycana gəlmək istəyirsə, öncədən minimum olaraq bizim səfirliyimizi məlumatlandırmalıdır.

Axar.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. Jurnalistin Azərbaycanın 2018-ci ilin yayında əslən erməni olan Olqa Barseqyanı ərazisinə buraxmamasıyla bağlı Azərbaycanla Rusiya arasında yaranan diplomatik skandalın həll edilib-edilməməsiylə bağlı sualı cavablandıran Məmmədyarov Azərbaycanda Qarabağ konflikti ilə əlaqədar emosional fonun nəzərə alınması gərəkdiyini bildirib:

“Mən bu konflikti bilmirəm, nəsə xatırlamıram. Erməni əsilli insanlar bu məsələnin bütün həssasiyyətini bilirlər və bəzən bu, piar nöqteyi-nəzərindən edilir. Biz deyirik ki, əgər Rusiyanın Azərbaycana gəlmək istəyən erməni soyadlı hansısa vətəndaşı varsa, o zaman Allah xatirinə, onlar əvvəlcədən minimum olaraq bizim səfirliyi məlumatlandırsınlar. Ona görə ki, bizim Rusiya ilə vizasız rejimimiz var, amma Azərbaycandan mövcud konfliktlə əlaqədar emosional fon nəzərə alasaq, əvvəlcədən alınan informasiya bizə imkan verəcək ki, hansısa ictimai asayiş pozuntularına imkan verməyək. Biz bu mövzuda Rusiya tərəfi ilə hər zaman kifayət qədər açıq danışırıq”.

Tarix
2019.10.17 / 11:39
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla