Yuxarı

Britaniya Nazarbayev haqqında hökm verdi: 1 il həbs

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya Nazarbayev haqqında hökm verdi: 1 il həbs

London məhkəməsi Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin nəvəsi 28 yaşlı Aysultanı şərti olaraq 1 il azadlıqdan məhrum edib.

Axar.az xəbər verir ki, bu məlumatı BBC yayıb. Nazarbayevin nəvəsi polisə hücumda günahkar bilinib.

Məhkəmənin qərarına əsasən Aysultan barədə 18 aylıq sınaq müddəti nəzərdə tutulub. Bu dövr ərzində o, hansısa qanun pozuntusu etsə, şərti həbs həbs qətimkan tədbiri ilə əvəzlənəcək.

Məhkəmə həmçinin Nazarbayevin narkotikdən asılılığının azaldılması üçün məcburi müalicəyə göndərilməsi, 140 saat ictimai iş görməsi, 1000 funt sterlinq cərimə ödəməsi və 5000 min funt sterlinq dəyən zərərə görə kompensasiya ödəməsi haqqında qərar qəbul edib.

Qeyd edək ki, Aysultanla bağlı insident 5 iyunda yaşanıb. O, Londonun mərkəzindəki eyvana çıxaraq, Allah adının keçdiyi ifadələr qışqırıb. Onun qonşuları bunun terror təhdidi olacağını düşünərək polis çağırıb, amma sonradan Aysultanın narkotikin təsiri altında olduğu müəyyən edilib.

O, daha sonra polisə müqavimət göstərərək, onlara zərbə endirib və onlardan birini dişləyib.

Tarix
2019.10.18 / 16:39
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

Bu, həyata keçirəcəyimiz ən böyük layihədir

Azərbaycan nümayəndə heyəti Ermənistanda - Foto

Azərbaycanda “Temu” ya qadağan ediləcək, ya da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla