Yuxarı

Njde Hitlerlə görüşüb? - Kuznetsov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Njde Hitlerlə görüşüb? - Kuznetsov

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Bakı Dövlət Universiteti “Qaregin Njde - faşizmin və terrorizmin qəhrəmanlaşdırılması” mövzusunda konfrans keçirib.

Axar.az xəbər verir ki, tədbirdə universitetin rektoru, pedoqoji heyət, tələbələr, alimlər, ekspertlər, jurnalistlər və rusiyalı tarixçi və qafqazşünas alim Oleq Kuznetsov iştirak edib.

Tədbiri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev açıb:

“Mərkəzimiz təkcə Njde deyil, bu istiqamədə çoxşaxəli araşdırmalar aparır. Çünki bu, daha dərin bir problemdir. Bu kimi mövzuların müzakirəsinə ehtiyac var”.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan nə qədər uğur qazanarsa, bir o qədər onu sevməyənlər azğınlaşır, öz çirkin əməllərini həyata keçirməyə çalışırlar: “Soçidəki nokautdan sonra Aşqabad görüşündə Ermənistan tərəfi böyük zərbə aldı və Ermənistan rəhbərliyi özünü gülünc vəziyyətə saldı”.

Erməni Araşdırmalar Mərkəzinin professoru Qafar Çaxmaqlı Njdenin bütün ömrü boyu türk millətinə qarşı vuruşduğunu bildirib:

“Njde Birinci Dünya müharibəsində Türkiyəyə qarşı döyüşüb. Müharibədən sonra daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edib. Daha sonra 1919-cu ilin sentyabrında daşnak hökuməti tərəfindən Zəngəzura göndərilib. Njdenin rəhbərliyi vaxtı bu ərazidə yaşayan azərbaycanlılar qayalıqlarda diri-diri aşağıya atılır, əhali qətlə yetirilir və öz evlərindən qovulurdu. Njde, həmçinin, Vedibasarda və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədib. Onun dəstələri 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının ordusu ilə döyüşlərdə iştirak edib”.

Tarixçi və şərqşünas Oleq Kuznetsov bildirib ki, bu istiqamətdə araşdırmaların aparılması, arxivlərin öyrənilməsi vacibdir:

“Ermənilər Njdenin törətdiyi əməlləri bilə-bilə, onu özlərinə qəhrəman elan edib. Hazırda Ermənistanda Njdenin adını daşıyan 14 küçə var. 2000-ci ildə Q.Njde haqda kitab yazılıb.

Njde bəzilərinin iddia etdiyi kimi, heç də Üçüncü Reyxin yüksək rütbəli məmurları ilə, o cümlədən, Hitlerlə görüşməyib. Bunlar yalan məlumatlardır. Njdeni Üçüncü Reyxin yaxınlığına buraxan olmayıb, lakin buna baxmayaraq, Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar, sənədlər var”.

Tarix
2019.10.21 / 15:22
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla