Yuxarı

Qarabağla bağlı onun böyük rolu danılmazdır - Əhmədov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağla bağlı onun böyük rolu danılmazdır - Əhmədov

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi və hərəkata sədrliyin növbəti 3 ildə Azərbaycana keçməsi ölkəmizin beynəlxalq miqyasda yüksək fəallığının daha bir möhtəşəm nümunəsi oldu.

Axar.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, dünyanın 120-dən çox ölkəsini birləşdirən Qoşulmama Hərəkatı müasir beynəlxalq problemlərin intensiv şəkildə müzakirə olunduğu əhəmiyyətli diskussiya platformasıdır:

“Qarabağ münaqişəsinin ədalətli prinsiplər əsasında həllinə dünya birliyinin diqqətinin cəlb edilməsində onun böyük rolu danılmazdır. Qoşulmama Hərəkatına sədrliyin növbəti 3 il ərzində Azərbaycana həvalə olunması ölkəmizin dünya miqyasında aktiv iştirakçıya çevrildiyini, bəşəriyyəti narahat edən qlobal problemlərin həllinə töhvə vermək niyyətini və imkanlarını isbata yetirir. İlham Əliyevin fəal xarici siyasəti yeni uğurlar qazanır, Azərbaycanın inkişafı və yüksəlişi ölkə hüdudlarından kənara çıxır. İrəli Azərbaycan!”

Tarix
2019.10.26 / 18:09
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla