Yuxarı

XİN rəhbəri səfərdə isveçli həmkarı ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərq Tərəfdaşlığının 10 illik yubileyi ilə bağlı Stokholmda keçirilən Nazirlər görüşündə iştirakı çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçin Xarici İşlər naziri Ann Linde ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Axar.az-a verilən məlumata görə, görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər üzrə fikir mübadiləsi aparıblar.

İsveç tərəfinin sorğusuna cavab olaraq Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə məlumat verib. Beynəlxalq hüququn norma və prinsinpləri, o cümlədən BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı, eləcə də beynəlxalq təşkilatların qərar və qətnamələri, xüsusilə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında münaqişənin tezliklə sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli və məcburi köçkünlərin öz evlərinə qayıtmasının vacibliyi vurğulanıb.

Tərəflər iki ölkənin XİN-ləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi məsələsini müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi baş tutub.

Tarix
2019.11.05 / 22:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla