Yuxarı

Zatulin: Bakıya bazar qiymətinə, İrəvana isə pulsuz... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zatulin: Bakıya bazar qiymətinə, İrəvana isə pulsuz... - Video

12:11

Azərbaycan KTMT üzvü olmadan silahları bazar qiymətlərinə alır, KTMT üzvü olan Ermənistan isə bunu faktiki olaraq pulsuz əldə edir.

Axar.az xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni bölməsinə müsahibəsində Rusiya Dumasının deputatı Konstantin Zatulin deyib. Azərbaycanın Rusiyadan daha çox silah alması, nəticədə balansın pozulmasıyla bağlı suala cavabında Zatulin Rusiyanın bunun üçün addımlar atdığını deyib:

“Siz bilirsiniz ki, Rusiya və Ermənistan arasında qırıcı tədarükü barədə yeni razılaşma var, üstəlik, Ermənistandakı Rusiya hərbi bazasının gücləndirilməsi də gündəmdədir. Siz onu da bilirsiniz ki, Azərbaycan ərazisində bizim heç bir bazamız yoxdur. Qəbələ RLS ilə bağlı müqaviləni uzatmaq istədikdə isə faktiki olaraq bizə rədd cavabı verildi və ona görə də biz onu öz ərazimizdə tikməyə məcbur olduq. Sözsüz ki, mən Ermənistan və Azərbaycanın Rusiyanın tərəfdaşı kimi statusunda fərq görürəm. Mən Azərbaycanla münasibətlərimizin yaxşı olmasının tərəfdarıyam və ümid edirəm ki, bu, Ermənistanın xeyrinə olacaq, Azərbaycanı düşünülməmiş addımlar atmasından çəkindirəcək”.

Tarix
2019.11.06 / 16:28
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla