Yuxarı

Bakıdan İrəvana: Bunu ən yaxşı Ermənistan bacarır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdan İrəvana: Bunu ən yaxşı Ermənistan bacarır

Əslində, Ermənistan xarici işlər naziri yeni heç bir fikir söyləməyib.

Axar.az xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın İsveçin Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

"Beynəlxalq səviyyədə işğalçı kimi tanınan bir ölkə rəsmisinin Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsindəki ərazilərini, guya, özünün işğal etməsi barədə eyni əsassız iddiaları - məsələnin beynəlxalq hüquqi tərəfini bir kənara qoyaq - bu, heç normal düşüncə çərçivəsinə belə sığmır. Təsəvvür edin ki, bir ölkə qanunsuz şəkildə digər ölkənin ərazilərini işğal edir, bu ərazilərdə tarixən yaşayan yerli azərbaycanlıları etnik təmizləməyə məruz qoyur, sonra da iddia edir ki, “bu ərazilərdə yaşayan 150 000 erməninin təhlükəsizlik problemi var”. Bu ermənilərin ailələri, evləri, adları olduğunu səsləndirən erməni naziri, görəsən, öz ölkəsinin təcavüzkar siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının evlərindən məhrum olduğunu, ailələrinin param-parça olduğunu, adlarının məcburi köçkün və qaçqına çevrildiyini heç düşünübmü? Əlbəttə, yox, əgər düşünsəydi, bu kimi cəfəng fikirlərlə özünü və xalqını aldatmazdı və münaqişənin həlli istiqamətində real addımlar atılardı. Mnatsakanyan anlamalıdır ki, onun dediyi kimi bizim və ya sizin həqiqət olmur; həqiqət birdir və bu həqiqət dünya ictimaiyyətinə çox yaxşı bəllidir. Sadəcə, mövcud həqiqətləri saxtalaşdıraraq onu öz maraqları naminə müxtəlif şəkillərdə təqdim etmək təcrübəsi də mövcuddur ki, bunu da ən yaxşı Ermənistan bacarır", - XİN rəsmisi vurğulayıb.

Tarix
2019.11.08 / 16:03
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla