Yuxarı

Kürdoğlu Əsgərov: Bu, bizi narahat edir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki ildir ki, Qırmızı Xaç Komitəsi bizə atamın nə video, nə foto görüntüsünü təqdim edib. Bu müddətdə yalnız şifahi məlumat veriblər.

Bu sözləri Axar.az-a erməni girovluğunda olan kəlbəcərli əsir Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə, sonuncu dəfə oktyabrın ortalarında Qırmızı Xaç Komitəsinə məktub yazıb:

“Mən hər görüşdə komitə əməkdaşlarından xahiş edirəm ki, atamın bir dəqiqəlik də olsa, video-görüntüsünü bizə verin. Mənə bildirilir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş olacaq. Ümid edirdim ki, bu ilin sonuna qədər onları azad edəcəklər. Çünki Ermənistanın Baş nazirinin, müdafiə nazirinin, ardınca Rusiya xarici işlər nazirinin açıqlamaları belə deməyə əsas verirdi. Onlar erməni diversantlarla Dilqəm Əsgərovu və Şahbaz Quliyevi dəyişməyə hazır olduqlarını bildirirdilər”.

K.Əsgərov Avropa Məhkəməsinə 5 ildir müraciət etdiklərini də qeyd etdi:

“Gözləyirdik ki, ədalətli qərar çıxarılacaq. Ancaq Çingiz Əsgərovun açıqlaması bu ilə olan ümidlərimizi puç etdi. Bəlkə gələn ilə baxıla bilər. Atamın isə səhhətində problemlər var, həkim nəzarətində saxlanır, yaş üstünə yaş gəlir, vaxt keçir, bu da bizi narahat edir. Ümid edirik ki, Prezident İlham Əliyev nə lazımdırsa, edəcək”.

Tarix
2019.11.11 / 13:22
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla