Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
6 Dekabr 2019


İlham Əliyev Rəşid Temrezovla görüşdü - Yeniləndi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezov deyib:

- Çox sağ olun, hörmətli cənab Prezident. Həqiqətən, mən hətta bu gün iştirak edən ölkələrin sayına diqqət yetirdim: 80 ölkə, 10-dan çox dini təşkilat. Əlbəttə, kifayət qədər ciddi meydandır. Bütün qitələrdən, dünyanın bütün ölkələrindən gəlib iştirak edirlər. Eyni zamanda, bizim əziz Şeyximizi yubiley münasibətilə təbrik etmək üçün səbəbdir. Mən təkcə Sizin dəvətinizlə bu il artıq üçüncü dəfədir ki, Azərbaycana səfər edirəm.

Prezident İlham Əliyev deyib:

- Bəli. Mən çox şadam ki, tez-tez gəlirsiniz. Bu, çox mühümdür, faydalıdır. Çünki həm Rusiya-Azərbaycan münasibətləri, həm də regionlararası əməkdaşlıq çərçivəsində birgə həll etməli olduğumuz xeyli məsələlər var. Keçən ilin sentyabrında Vladimir Vladimiroviçin və mənim iştirakımla regionlararası forum keçirilib. İndi növbəti regionlararası forum bu ay artıq Moskvada olacaq. Belə ki, bu da mühüm meydandır. İkitərəfli planda da Rusiya–Azərbaycan münasibətlərində bizdə çox fəal siyasi proses gedir, yüksək səviyyədə - idarələr, nazirliklər səviyyəsində görüşlər keçirilir, yəni, çox fəal qarşılıqlı fəaliyyət var. Əlbəttə, Zati-Müqəddəslərinin Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin bizim Sammitdə iştirakı bu tədbirə xüsusi önəm gətirir. Biz çox şadıq ki, Rusiya Federasiyası Sammitdə çox geniş tərkibdə - həm dini seqmentdə, həm Şimali Qafqaz respublikalarından bizim qardaşlarımız müftilər, həm Prezident Administrasiyası, həm də digər nümayəndələrlə təmsil olunub. Yəni, Sammitdə ən böyük nümayəndə heyəti Rusiya Federasiyasının nümayəndə heyətidir. Sammitin özü də, əlbəttə, qlobal miqyaslı hadisədir. O, çox universal xarakter daşıyır və düzü, mən bilmirəm, belə səpkili tədbir daha harada keçirilir, yaxud keçirilirmi. Buna görə də Azərbaycan bu istiqamətdə də özünü ölkələri, dinləri birləşdirə və dialoq üçün yaxşı imkan yarada bilən ölkə kimi nümayiş etdirdi. Fikrimcə, indi bu, ən mühüm məsələdir.

Tarix
2019.11.14 / 19:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni polkovnikdən şok: Əgər Azərbaycan hücuma keçsə...

Nazirdən Dilqəm və Şahbazla bağlı - Açıqlama

İlham Əliyev 4 sərəncam imzaladı

Seçki estafeti başladı: mühüm və qaynar dönəm... – Şərh

Qarabağın həllində ilk addım bu olmalıdır – Nazir

Şəhid övladları məruzə etdi: Mehriban xanım kövrəldi - Video

ATƏT XİN başçılarının görüşü başladı

Moldova hökuməti Bakıdakı səfirini geri çağırdı

Paşinyanın arvadı bu “dəvətlə” özünü yandırdı

İlham Əliyev və xanımı “Bakutel-2019” sərgisində - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla