Yuxarı

Məmmədyarov BMT-nin Ali nümayəndəsi ilə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

23:17

Xarici İşlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikası Senatının Xarici əlaqələr komitəsinin sədri Xose Luis Perezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə edib və iqtisadi, ticarət, mədəniyyət, turizm, təhsil, idman və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğulayıblar.

Nazir Elmar Məmmədyarov Kolumbiya Senatının rəsmisinin səfərinin əhəmiyyətini qeyd edib.

Xose Luis Perez dost Azərbaycan xalqının yanında olduqlarını və gələcəkdə də iki ölkə arasında dostluq münasibətlərinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini diqqətə çatdırıb. Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə toxunan sədr bu əlamətdar hadisənin ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verəcəyinə ümid etdiyini bildirib.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi əməkdaşlığın və qarşılıqlı əsasda dəstək göstərilməsinin perspektivləri üzərində dayanaraq bu istiqamətdə də səylərin əlaqələndirilməsinə sadiq qalacaqlarını bildiriblər.

Xose Luis Perez ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyini dəstəklədiyini qeyd edərək 2018-ci ildə Kolumbiya Xarici Əlaqələr Komissiyası tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan Respublikasının ərazisinin qanunsuz işğal edilməsi, həmçinin Xocalı soyqırımı ilə əlaqədar qətnamənin qəbul edildiyini bildirib.

Elmar Məmmədyarov Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Kolumbiya Parlamentinin davamlı olaraq beynəlxalq hüquqa, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə qarşı tərəfə öz təşəkkürünü bildirib.

Görüşdə həmçinin ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyi qeyd edilib, hər iki ölkənin Parlamentindəki Dostluq Qruplarının fəaliyyətinin təşviq edilməsinə dair fikir mübadiləsi aparılıb.

***

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Dünya dini liderlərinin II Sammitində iştirak etmək üçün Bakıda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb.

Migel Anxel Moratinos əvvəlcə “Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi” ilə əlaqədar yubiley medalı ilə təltif olunması münasibətilə təşəkkürünü bildirib. O, Dünya dini liderlərinin II Sammitinin uğurlu təşkilinə görə Azərbaycan hökumətini təbrik edib.

Ali nümayəndə Azərbaycan ilə Alyans arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu diqqətə çatdırıb. Təmsil etdiyi qurumun terrorizmə qarşı mübarizə və cəmiyyətlərin bu kimi təhdidlərdən qorunması sahəsində fəaliyyətinin gücləndirilməsini qeyd edən M.A.Moratinos, bu istiqamətdə Azərbaycan təcrübəsinin vacib olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Sivilizasiyalar Alyansı arasındakı əməkdaşlıq əlaqələrinin cari vəziyyətini yüksək qiymətləndirib və Alyansın müasir dövrün təhdidləri ilə mübarizədə fəal rol oynamasının zəruriliyini vurğulayaraq Azərbaycanın bu xüsusda qurumla əməkdaşlığa hazır olduğunu bildirib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tarix
2019.11.14 / 23:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla