Yuxarı

Onlara 10 min maaş, ev, maşın verilsin – Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakimlərin tam müstəqilliyinə nail olmaq lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri deputat Qüdrət Həsənquliyev Milli Məclisdə “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə müzakirələr zamanı deyib.

Deputat Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsinin hakimlərinin parlamentin razılığı ilə Prezident tərəfindən təyin edildiyini bildirib:

“Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxsləri Məhkəmə-Hüquq Şurası necə vəzifədən uzaqlaşdıra bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır”.

Millət vəkili təklif edib ki, hakimlərin iqtisadi müstəqilliyi məsələsinə baxılsın. Onun fikrincə, əgər hakimin evi yoxdursa, evlə təmin olunmalı, xidməti avtomobili olmalıdır:

“Hakimlərə ən azı 10 min manat maaş verilməlidir”.

Deputat eyni zamanda hakimiyyət bölgüsü məsələsində şəffaflığın təmin edilməsinin vacibliyini irəli sürərək, icra hakimiyyəti təmsilçisinin məhkəmə hakimiyyətində iştirakçılığına qarşı çıxıb.

Tarix
2019.11.19 / 13:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla