Yuxarı

Məhkəmə qərarları icra olunmur, yeni mexanizm lazımdır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisə “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” kifayət qədər sanballı sənəd daxil olub. Biz ilk növbədə məsələyə konseptual şəkildə baxmalı, daha sonra maddələrlə bağlı təkliflərimizi verməliyik. Qanunun fəlsəfəsi ölkəmizdə bu istiqamətdə aparılan islahatlara uyğundur. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də islahatlar həyata keçirilir. Bu proses gələcəkdə də davamlı olacaq.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun müzakirəsi zamanı deyib.

Deputat Azərbaycanda uzun müddətdir məhkəmə-hüquq sahəsində islahatların həyata keçirildiyini bildirib:

“Yeni məhkəmə binalarını tikintisi, onların texniki təchizatı, hakimlərin sayının artırılması, vəkillərin test üsulu ilə seçilməsi və digər işlər həyata keçirilir".

Mülkiyyətin müxtəlif formaları, ailə-məişət və digər məsələlərlə əlaqədar məhkəmələrə ciddi sənədlərin daxil olduğunu deyən deputat söyləyib ki, onların təhlil edilməsi, sonda obyektiv qərarın çıxarılması üçün hakim məsələlərlə dərindən tanış olmalıdır:

“Hansısa strukturun qanunu pozması nəticəsində məhkəmə bəzən elə qərar çıxarır ki, nəticədən narazı qalan tərəflər olur. Misal üçün əgər bir mənzillə bağlı 4 şikayətçi varsa, onun 1 nəfəri üçün məsələ müsbət həll olunur. Belə olan halda digərləri narazı qalacaq. Elə səbəblər var ki, insanlar zamanında hüquqi addımlar atmır və nəticədə işlər gəlib məhkəməyə çatır. Belə olan halda, müxtəlif yollar axtarmağa başlayırlar. Əmək müqaviləsi bağlamadan işə qəbul məsələləri ilə bağlı da problemlər bəzən məhkəməyə qədər gəlib çıxır. Bu baxımdan bütün bunlarla bağlı qanunda məsələlərə kompleks yanaşmalıyıq”.

S.Novruzov söyləyib ki, məhkəmə qərarlarının icrası ilə bağlı yeni mexanizm işlənib hazırlanmalıdır:

“Qərar qəbul olunduqdan sonra onların icrası yerinə yetirilməlidir. Bu gün çoxlu sayda belə qərarlar var ki, onların icrası yerinə yetirilmir”.

Deputat çıxışı zamanı məhkəmələrin ixtisaslaşdırılmasını təklif edib:

“Məhkəmələr həm mülki məsələlər, həm cinayət, həm də uşaq hüquqları ilə məşğul olur. Burada ixtisaslaşmanın müəyyənləşməsi vacib şərtlərdən biridir”.

Tarix
2019.11.19 / 13:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla