Yuxarı

Əliyev xəstəxanaya gül göndərdi: bəs, Elçibəy tərəfdarları nə etdi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmin adamların özləri nə ilə məşğuldur? Nəinki xarici diplomatlara, hətta xaricdən gələn taksi sürücülərinə də Prezident haqqında ağızlarına gələnləri deyirlər. Həm də təkcə Prezident haqqında deyil, onun atası, mərhum prezident Heydər Əliyev haqqında da. Amma görmüsünüz ki, Prezident Elçibəy dünyasını dəyişəndən sonra onun haqqında nəsə desin?

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezidentin bəzi müxalifətçilər haqda əcnəbilər qarşısında sərt və aşağılayıcı ifadələr işlətməsinin yolverilməz olduğunu bildirənlərə cavab olaraq deyib. Q.Həsənquliyev bildirib ki, Elçibəy xəstə olanda Heydər Əliyev xəstəxanaya gül göndərdi, dəfn mərasimində iştirak etdi:

“Elçibəyin həyat yoldaşı Həlimə xanımın dəfn mərasiminin xərclərini Mehriban xanım çəkdi. Elçibəyin evi Heydər Əliyev Fondu tərəfindən təmir olundu, dəfələrlə iqtidar nümayəndələri tərəfindən Bəyin ailəsinə kömək edilib. Bəs AXC hakimiyyətinin başında duranlar, özlərini AXC-nin varisləri və Elçibəyin davamçıları hesab edənlər Heydər Əliyev dünyasını dəyişəndə özlərini necə apardılar? Bu gün də təkidli xahişlərlə hakimiyyətə dəvət etdikləri, Azərbaycanı fəlakətdən qurtarmış Heydər Əliyevdən əl çəkmirlər. Yoxsa fikirləşirlər ki, qarşı tərəf sadəcə, cavab verməyib onların hədyanlarına qulaq asmalıdır? Dəfələrlə demişəm ki, söyüş söyənlərin arxasında durmursunuzsa, bunu bəyan edin və xalqa imkanınız olacaqsa, onları cəzalandıracağınızı vəd edin. Amma onlar bunu etmirlər və edə də bilməzlər, çünki həmin söyüş söyənlərlə əlbirdilər, onları təlimatlandırırlar. Əslində siyasi mübarizəni sivil müstəvidən çıxaran da onlardır.

Bəziləri bilərəkdən Prezidentin dediklərini Xalq Hərəkatının bütün üzvlərinə şamil edirlər. Mərhum Prezident Heydər Əliyev Naxçıvanda AXC-nin konfransında iştirak edib, xalq hərəkatına yüksək qiymət verib. Heydər Əliyevə qarşı Kommunist Partiyası tərəfindən hücumlar təşkil olunanda onun ən yaxın müttəfiqi cəbhəçilər idi. Bu gün də YAP-da və iqtidarda xalq hərəkatının fəal üzvləri olmuş insanlar var. Birinci vitse-prezident Mehriban xanım iki gün öncə xalqımızı Milli Dirçəliş Günü münasibətilə təbrik etdi. Həmin gün Dövlət bayramı kimi qeyd olunur. AXC-də vətənpərvər insanlarla yanaşı, cəmiyyətin tör-töküntülərinin olması faktı da heç kimə sirr deyil. Ayrı-ayrı dairələrə bağlı agentlər də kifayət qədər idi. Hətta bəziləri təşkilatda yüksək səviyyədə təmsil olunurdular. AXC xalq hərakatı olduğundan onlar da təşkilatın sıralarına soxulmuşdular. Cəmiyyət də dəniz kimi təlatümlü olanda çör-çöp üzə qalxır. AXC əsasən təcrübəsizlikdən doğan səhvlərinə baxmayaraq, digər respublikalardakı xalq hərəkatları ilə birlikdə bütün sovet respublikalarına müstəqillik qazandırmış şanlı tariximizdir”.

Tarix
2019.11.19 / 15:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla