Yuxarı

Azərbaycanlılara viza verilməsi çətinləşəcək - Alim

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılara viza verilməsi çətinləşəcək - Alim

İqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin professoru, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu özünün Feysbuk səhifəsində "Siyasi mühacir biznesi şengen vizasına çətinliklər yaradacaq" başlıqlı yazı paylaşıb.

Axar.az həmin yazını təqdim edir:

"Siyasi mühacir biznesində Azərbaycanın adının hallanması Avropaya, ABŞ-a, Kanadaya və Böyük Britaniyaya səyahət etmək istəyənlərə viza almaqda aşağıdakı çətinlikləri yaradacaq:

1. Viza üçün müraciət edənlərə imtina cavabları çoxalacaq.

2. Viza almaq istəyənlərdən əlavə sənədlər (məsələn, əmək haqqı cədvəli, bank hesabından çıxarış, mülkiyyət şəhadətnaməsi və sairə) tələb olunacaq.

3. Vizanın verilməsi prosesi bir çox hallarda 2 həftəyədək uzadılacaq. Müddətin uzadılması müraciət edənlərin daha dərindən araşdırılması ilə əlaqədar olacaq.

4. Verilən vizanın müddəti qısa və girişlərin sayı məhdud olacaq.

5. Şengen zonasına daxil olan ölkələrdə pasport nəzarətində Azərbaycan vətəndaşları Avropaya səfərin məqsədinə dair sorğu-suala tutulacaq.

Odur ki, xaricə səfər etmək niyyətində olanlara tövsiyəm budur ki, müraciətləri üçün çox zaman ayırsınlar, səfər tarixindən ən azı 1 ay əvvəldən viza görüşü alsınlar, viza sənədlərini tələblərə uyğun hazırlasınlar, yanlışlığa və saxtakarlığa yol verməsinlər, uçuş biletlərini vizanı əldə etməmiş almasınlar, viza müsahibələrinə hazırlıqlı getsinlər, bu zaman sorğulara cavab verərkən həyəcanlanmasınlar, inamlı görsənsinlər".

Tarix
2019.11.19 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla