Yuxarı

Sofiyada erməniyə cavab: Qarabağa “artsax” demək...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, professor Jalə Əliyeva Qara Dəniz İqtisadi Əmək Təşkilatı Parlament Məclisinin (QDİƏT PA) 54-cü Baş Assambleyasının Bolqarıstanın Sofiya şəhərində keçirilən plenar iclasında çıxış edib.

Axar.az həmin çıxışın mətnini təqdim edir:

“Bugünkü mövzu haqqında daha əvvəl Moldovada çıxış etdiyim üçün əslində bu dəfə çıxışa yazılmağı düşünmürdüm. Lakin müəyyən məsələlər məni bu gün danışmaq məcburiyyətində qoydu. Belə ki, QDİƏT PA 26 ildir fəaliyyətdədir. Mən 14 ildir bu təşkilatın Azərbaycan nümayəndə heyətinin üzvüyəm. Bu təşkilatda hər zaman dostluq, anlayış hökm sürüb. Fikir və təkliflərə hörmətlə yanaşılıb. Əməkdaşlığımız bu təşkilatın daxili qaydaları, daxili nizamnaməsi çərçivəsində qurulub.

Bəli, təşkilatın adı – iqtisadi əməkdaşlığı əhatə edir. Amma gəlin qəbul edək ki, siyasi fəaliyyətlər və siyasi qərarlar olmadan iqtisadi nailiyyətlər əldə edilməsi mümkün deyil. Yəni hər bir ölkənin iqtisadi rifah halı, inkişafı, həmin ölkədəki siyasi vəziyyətlə, o ölkədə mövcud olan stabillik, əmin-amanlıq, sülh şəraiti ilə birbaşa bağlıdır.

Üzv ölkələrdən hər hansı birində mövcud olan qeyri-stabil vəziyyət, münaqişələr, sadəcə, ölkələri, xalqları təsir altına almaqla bitmir, bölgədəki vəziyyəti, hətta, dünya düzənini- səhmanını da təhdid edir.

Bizlər, parlament üzvləri olaraq, bu kimi hallara son verilməsi üçün çözüm yolları axtarmaq, dünyamızın daha yüksək bir səviyyə çatması üçün buradayıq. Qurucu olmaq üçün buradayıq! Qırıcı olmaq üçün deyil!

Ölkələrimizin dünya toplumu, Birləşmiş Millətlər Təkilatı tərəfindən qəbul edilmiş sərhədləri mövcuddur və bu sərhədlər bu gün də de-fakto dəyişmiş olsa da, de-yure dəyişməz olaraq qalır. Bu halda, qədim Qarabağ torpağının ermənistanlı deputat tərəfindən “Artsax” adlandırılması və guya “Artsax”da “demokratik seçkilər” keçirildiyini təşkilatın qarşısında elan etməsi, məncə, həm burada oturan təşkilat üzvlərinə, həm də əzəli Azərbaycan torpağı olan Qarabağda 30 ildən çoxdur qaçqın və köçkün vəziyyətinə düşən 1 milyondan artıq soydaşımıza hörmətsizlikdir. Ən əsası isə bu açıqlama BMT qətnamələrinə, insan hüquqlarına ziddir.

Unutmayaq ki, erməni həmkarımızın adlandırdığı “Artsax” bu gün dünyanın heç bir ölkəsi tərəfindən, hətta, Ermənistan tərəfindən də tanınmamaqdadır. Toplantımızın mövzusu olan “Qara Dəniz hövzəsi ölkələrində işsizlik və onun aradan qaldırılması”na gəlincə, çıxışımın əvvəlində də dediyim kimi, ötən iclasda bu mövzuda geniş çıxış etdiyimiz və Təşkilatın Katibliyinə ölkəmizin ətraflı hesabatını təqdim etdiyimiz üçün məlumatları təkrarlamağa lüzum görmürük.

Mənə ayrılan müddətin dolduğunu nəzərə alaraq, çıxışımın sonunda sadəcə bunu bir daha bildirmək istəyirəm ki, Azərbaycanda hər bir ölkə vətəndaşını əhatə edən çox nəhəng sosial layihələr həyata keçirilir. Ölkə rəhbərliyi vətəndaşının, sadəcə, bu günü deyil, sabahının da təmin edilməsi üçün, ölkədə rifah halının yüksəlməsi üçün analoqu olmayan addımlar atılır. Və bu nailiyyətlər Azərbaycanı, sadəcə, bölgənin deyil, həm də dünyanın üstün ölkələri sırasına çıxarır!”

Tarix
2019.11.21 / 17:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla