Yuxarı

Ankarada müzakirə: Naxçıvanı Njdeyə verəcəkdilər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankarada müzakirə: Naxçıvanı Njdeyə verəcəkdilər

Qaregin Njde məsələsi daim gündəmdə saxlanılmalı və bu, müvəqqəti xarakter daşımamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Ankarada Avrasiya Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Erməni-nasizm əməkdaşlığı” adlı tədbirdə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Ermənistanda “məxməri inqilab” adlandırılan hakimiyyət dəyişikliyindən sonra ermənilər özlərini liberal, islahatçı kimi qələmə verməyə çalışırlar:

“Ermənistanda əslində irqçilik mühitinin hökm sürməsi faktı ictimaiyyətə çatdırılmalıdır. Ermənistanın daxili mühitini daha yaxşı öyrənmək üçün tədqiqatçılara ehtiyac var”.

Daha sonra çıxış edən Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı deyib ki, ermənilərin tarix boyu qəhrəmanları olmadığı üçün Azərbaycan və Türkiyə əleyhinə terrorlar törətmiş şəxsləri özlərinə qəhrəman elan ediblər. O bildirib ki, bu baxımdan Ermənistan SSRİ-yə qarşı açıq vuruşmuş Qaregin Njdeni qəhrəman elan edib:

“Qaregin Njde “tsexakronizm” ideyasını irəli sürürdü. Bu isə “dinin hakimiyyəti” deməkdir. Bu ideologiyaya əsasən ermənilər ən ali millətdir və “tsexakronizm” ideyası faşizm ideologiyası ilə üst-üstə düşür. Hazırda Ermənistan rəsmi olaraq bu ideologiya ilə idarə olunur”.

Qafar Çaxmaqlı qeyd edib ki, alman kəşfiyyatı üçün çalışan Qaregin Njdeyə xidməti qarşılığında Naxçıvan, Qarabağ və Şərqi Anadolu vəd edilmişdi.

Tarix
2019.11.22 / 12:08
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla