Yuxarı

Britaniyalı ekspert TANAP-ın açılışından danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniyalı ekspert TANAP-ın açılışından danışdı

Trans-Anadolu qaz kəməri (TANAP) Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcək.

Bunu Trend-ə Böyük Britaniyanın Trans-Atlantik və Qafqaz Araşdırmaları İnstitutunun direktoru Ziba Norman deyib. O bildirib ki, Avropanın təbii qazdan asılılığı nəzərə alınsa, bu, əlamətdar hadisədir:

"Bu infrastrukturun tikintisinin başa çatması qaz tədarükü mənbələrinin şaxələndirilməsini təmin edəcək. Bu, Azərbaycan üçün müsbət hadisədir və ölkənin Türkiyə ilə sıx əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcək. Türkiyə də şaxələndirmədən səmərə görən tərəf qismində iştirak edir".

Ekspert əlavə edib ki, Avropa İttifaqı təbii qazın, o cümlədən mayeləşdirilmiş təbii qazın istifadə həcmlərini artırmağa çalışır.

Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.

Tarix
2019.12.01 / 10:45
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla