Yuxarı

Politoloq: Lavrovun Bakıya qarşı qərəzli mövqeyi... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Politoloq: Lavrovun Bakıya qarşı qərəzli mövqeyi... - Video

12:10

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İrəvanda verdiyi bəyanatlardan sonra sözçüsü Mariya Zaxarova onun dediklərinə düzəlişlər edərək, bildirdi ki, danışıqlar iki ölkə arasında aparılmalıdır. Bakıda buna aid, yaxud Azərbaycanı narahat edən məsələ ilə bağlı hansısa bəyanatlar səslənəcəyi gözlənilirdi. Biz isə onun şahidi olmadıq.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Lavrovun Bakıya səfəri zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Tofiq Zülfüqarov Lavrovun səfərini neqativ qiymətləndirdiyini söyləyib:

“Ümumi sözlər deyildi, yəni tərəflər arasında etimad mühitinin bərpası istiqamətində addımların vacibliyi vurğulandı. Lavrov İrəvanda olanda Ermənistanın mövqeyini əks etdirən bəyanatlar verdi, Azərbaycana səfəri zamanı bizim əsas məsələmiz - işğal olunmuş ərazilərin azad olunması barədə heç bir bəyanat vermədi. Yenə də öz mövqeyində qaldı. Hesab edirəm ki, onun mövqeyi Azərbaycana qarşı etnik zəmində formalaşmış qərəzli mövqedir”.

Xatırladaq ki, Lavrov ötən ay İrəvana səfəri zamanı Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşmanın əldə olunmayacağına dair bəyanat səsləndirmişdi.

Rusiya XİN rəhbəri Bakıdakı çıxışında isə Rusiyanın həm Vyana sammitində, həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, kütləvi informasiya vasitələri xətti ilə əlaqələrin nizamlanması barədə əldə edilmiş razılaşmaların bu il təsdiqlənməsində və həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb.

Tarix
2019.12.03 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla