Yuxarı

"Virtual qəhrəmanlar"ın yeni mübarizə məkanı... - Müsahibə

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Ana Vətən Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Arzuman Abdulkərimovun Teleqraf.com-a müsahibəsini təqdim edir.

- Arzuman bəy, Ana Vətən Partiyası 9 fevral seçkisində iştirak qərarını verdi. Partiyanızın seçki planlarında nələr var?

- Nizamnaməyə görə seçkidə iştirak qərarını partiyanın Ali Məclisi verməlidir. Dekabrın 7-də Ali Məclisin toplantısı keçirildi, qərar verildi. Eyni zamanda namizədlər və dairələr müəyyənləşdirilmədiyi üçün Ali Məclis bundan sonrakı prosesi yönətmək səlahiyyətini Mərkəzi Şuraya ötürdü. Bu qərar onunla bağlıdır ki, Mərkəzi Şura daha çevik qurumdur. Ali Məclis üzvlərinin bir çoxu bölgələrdən gəlir, seçkiylə bağlı qərarlar üzrə bütün səlahiyyətlərin Ali Məclisdə qalması çox qısa müddətdə baş verəcək seçki prosesində yubanmalara səbəb ola bilərdi. Seçkiyə qısa müddət qalıb. Biz bu zamanı daha düzgün dəyərləndirməyə çalışırıq.

- Neçə seçki dairəsi üzrə hədəfləriniz var?

- 25 namizədimiz var. Düşünürük ki, yaxın günlərdə daha 20 namizədlə iddialı olduğumuz dairələrin sayını 45-ə qaldıracağıq. Bildiyiniz kimi, Ana Vətən Partiyasında da dəyişikliklər gedir. Sədr aparatı, eləcə də yerli strukturlar yenilənir, yeni üzvlər, o sıradan tanınan simalar partiyaya qəbul olunur. Partiya sədri Fəzail Ağamalı partiyanı demək olar, format edir. Bu yenilənmə, canlanma imkan verir ki, biz ölkə üzrə daha çox dairədə gücümüzü sınayaq. Hədəfimiz 6-cı çağırış Milli Məclisdə Ana Vətən Partiyasının daha çox mandat qazanmasıdır. Bütün çalışmalarımızı bu istiqamətdə davam etdiririk.

- Milli Məclisin buraxılması gündəmə gələndən yeni parlamentin formalaşdırılması qızğın müzakirələr səbəb olub. Diqqət çəkən həm də odur ki, yetərincə çox vətəndaş seçkidə iştirak iddiasını ortaya qoyub. Sizcə, bu kütləvilik nəyin göstəricisidir?

- Seçmək, seçilmək Azərbaycan vətəndaşlarının hüququdur. Ancaq hər kəsə gün kimi aydındır ki, insanlar ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlardan, gəncləşmə prosesindən ruhlanıblar. Müşahidələrim göstərir ki, gənclər bu parlament seçkilərində xüsusi fəallıq göstərəcəklər. Cənab prezident dəfələrlə gənclərə səslənib, onları ictimai-siyasi proseslərdə aktivliyə, ölkənin problemlərinin çözülməsində yaxından iştiraka dəvət edib və çox xoşdur ki, Azərbaycan gəncliyi bu çağırışlara adekvat reaksiya verib. Artıq indidən demək olar ki, bu dəfəki seçki ötən parlament seçkisindən aktivliyi ilə seçiləcək.

Azərbaycan gəncliyi ölkədə siyasi aktivlik yarada biləcək gücdədir. Gəncliyin kreativliyi, işləmək həvəsi bu gün Azərbaycan dövlətinin öz hədəflərinə çatması üçün olduqca vacibdir. Uzun illər belə bir fikir yaranmışdı ki, Azərbaycan gəncliyi ictimai fəaliyyətdən uzaqdır, fəal siyasi mübarizə onları ümumiyyətlə maraqlandırmır, onların əsas fikri ölkədən getmək, xaricdə potensiallarını reallaşdırmaqdır. Gəncliyi ötən əsrin 90-cı illərinə düşən insanlar yeni nəsli öz gənclikləri ilə müqayisə edəndə çox zaman belə nəticə çıxarırdılar. Ancaq çox qısa zaman kəsiyi göstərdi ki, meydan verilən kimi gənclik mövqe sərgiləməyə də, cəmiyyətin inkişafı üçün çalışmağa da hazırdır. Təkcə gənclik deyil, cəmiyyətin bütün təbəqləri bu gün siyasi proseslərə fəal qoşulmaq arzusunu bildirir və mən bunu çox müsbət tendensiya kimi qiymətləndirirəm. Parlament hakimiyyətin üçüncü qoludur, qanunverici orqandır. Düşünürəm ki, seçilmək istəyənlərin göstərdiyi aktivlik kimi, seçicilər də prosesə aktiv dəstək verməlidirlər.

Hər bir seçici öz namizədini millət vəkili etməlidir ki, sabah ondan öz həyatı ilə bağlı yeniliklər tələb edə bilsin. Azərbaycanda fəal siyasi mübarizə üçün bir meydan yaranıb. Mən bütün iddialı qüvvələri öz güclərini bu meydanda sınamağa çağırıram. Siyasət həm də udmaq və uduzmaq sənətidir. Bu seçkidə uduzanlar belə məyus olmamalıdırlar. Önəmli olan odur ki, ölkəmizdə bir proses gedir və bütün cəmiyyət bu prosesin ölkə üçün müsbət dəyişikliklərlə nəticələnməsinə çalışmalıdır.

- Siz yaxın günlərdə Ana Vətən Partiyasının seçkidə iştirak edəcək namizədlərinin müəyyən ediləcəyini bildirdiniz. Partiya yenilənir. Siyahılar hazırlanan zaman seçki təcrübəsi onlanlara, yoxsa, partiyaya yeni gələnlərə üstünlük veriləcək?

- Hələlik Mərkəzi Şura konkret qərar vermədiyi üçün partiyadaxili müzakirələr haqqında geniş danışmaq istəmirəm. Hələlik dəqiq olan odur ki, partiya rəhbərliyində olan şəxslər seçkiyə qatılacaq. Yəqin ki, biz dairələr üzərində ciddi düşünəcəyik, namizədlərimizin real qələbə şansı olan dairələri seçəcəyik. Sözsüz, rayon təşkilatlarının sədrləri ilə məsləhətləşmələr aparılacaq, real vəziyyət dəyərləndiriləcək, sonra qərar veriləcək. Düzgün taktikalardan biri partiyaların həm də regionlarda nüfuzu olan bitərəf namizədləri dəstəkləməsidir. Bu yaxında bəzi siyasətçilərdən təkliflər gəldi ki, parlamentdə bitərəflər olmasın, hətta partiyalılığı olmayan şəxs belə Milli Məclisdə təmsilçilik üçün siyasi partiyalardan birinin dəstəyini alsın.

Olduqca düzgün yanaşmadır. Ana Vətən Partiyası olaraq biz də düşünürük ki, cəmiyyətdə nüfuzu olan insanlarla ortaq hərəkət edək. Həm Bakıda, həm regionlarda bölgə üçün önəmli olan insanlara seçki prosesində partiya dəstəyi verək. Ola bilər ki, bu, gələcək illərdən Milli Məclisin formalaşmasında bir tendensiyaya çevrilsin.

- Müxalifət düşərgəsi seçki prosesində gözlənildiyi kimi yenə ikiyə bölünüb – boykot təklif edənlərlə seçkiyə qatılmağın tərəfdarları arasında söz savaşı davam edir. Sizcə, bu zamana qədər dəyişiklik, Milli Məclisin buraxılmasını tələb kimi səsləndirən müxalifət partiyaları seçki elan ediləndən sonra niyə adekvat hərəkət etmir?

- Bu məsələ bizim üçün sürpriz deyil. Azərbaycan müxalifəti çoxdandır ki, siyasi reallıqdan uzaqdır. Bir neçə gün öncə Müsavat Partiyasını qərargahında Dəyirmi Masa ətrafında toplaşan, birlik modelləri təklif edən müxalifətçilər bu gün bir-birlərini xəyanətdə suçlamaqdan çəkinmirlər. Aydın görünür ki, pafoslu çıxışların, səslənən iddiaların arxasından onların reallığa çevirə biləcək nə taktika, nə strategiya, ən əsası da xalqın dəstəyi yoxdur. Müxalifətçilər seçki qanunlarını dəyişdirəcəklərindən, seçki komissiyalarını yenidən formalaşdıracaqlarından danışırlar, ancaq bunu hansı güclə edəcəklərini deyəsən, düşünmürlər. Bütün bunlar arxasında heç bir real iş dayanmayan məsuliyyətsiz çıxışlardır. Müxalifət partiyaları hər dəfə seçicilərini bu cür xəyal qırıqlığına uğradırlar, nəticədə də hər seçkidən sonra ciddi tərəfdar kütləsini itirirlər. Bu gün Azərbaycan müxalifətinin əsas gücü sosial şəbəkələrdədir.

Onlar faktiki olaraq virtual dünyada yaşayırlar. Bəzən deyirlər, bizim paylaşımlarımıza 50 min insan baxdı. Bəs niyə çağırışları ilə kütləvi aksiyalarına 2-3 min insan gəlir? Hanı o 50 min? Real gücün bilinməsi üçün siyasi partiyalar, hərəkatlar, birliklər seçkiyə getməlidirlər. Özünü Azərbaycanın əsas müxalif gücü adlandıran qüvvələr bundan çəkinirsə, aydındır ki, güclərinə əmin deyillər. Azərbaycanın müxalif siyasətçilərinin çoxu blogerlik fəaliyyəti ilə məşğuldurlar. Görünür, reallıqlarla qarşılaşıb üzərlərinə konkret məsuliyyət götürməkdənsə, virtual aləmdə var olub məsuliyyətsiz çıxışlar etməyi daha rahat hesab edirlər. Ola bilər, onların bu virtual qəhrəmanlığı xarici güclər tərəfindən maddi dəstəklənir və bu onların yeni mübarizə “meydanına” sevgilərini artırır. Onlardan fərqli olaraq vətəndaşlar çox yaxşı bilir ki, virtual mübarizənin real nəticələri həmişə gözlənildiyi kimi olmur. Bu gün Azərbaycan xalqı birmənalı prezident İlham Əliyevi dəstəkləyir, ona güvənir. Son dönəmlərdə Azərbaycan dövləti sosial layihələrə 1 milyarda yaxın pul xərcləyib. Pensiyalar, maaşlar, müavinətlər artırılıb, aztəminatlı ailələrin, xüsusi kateqoriyadan olan insanların, xüsusən şəhid ailələrinin sosial müdafiəsi gücləndirilib. Ardıcıl olaraq cəmiyyət hökumətin yeni sosial layihələrinə şahid olur. Onu da xüsusilə vurğulamaq istəyirəm ki, sosial yönümlü layihələrin hökumətin gündəminə gəlməsində Heydər Əliyev Fondunun xüsusi xidmətləri var.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir zamanlar Heydər Əliyev Fondu vasitəsilə dəstək verdiyi layihələr bu gün hökumətin sosial paketinin tərkib hissəsidir. Artıq elan olunub ki, yanvarda yeni sosial proqramlar işə salınacaq. Gələn il çoxdan gözlənilən tibbi sığorta tətbiq olunacaq. Yəni insanlar öz həyatlarında müsbətə doğru sürəti dəyişikliklər görürlər və bu proses dayanmır. Bu səbəbdən vətəndaşlar birmənalı olaraq islahatların başında dayanan, ölkədə faktiki ağ inqilab gerçəkləşdirən Prezident İlham Əliyevin siyasətinə dəstək verir.

Tarix
2019.12.11 / 12:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla