Yuxarı

Erməni jurnalistlərin Bakı səfəri... - Prezidentin köməkçisi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan yenə də destruktiv siyasətini davam etdirir.

Axar.az xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaradır. İlk növbədə, Ermənistan tərəfindən səsləndirilən ziddiyyətli bəyanatlar danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir.

Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinə toxunan Hikmət Hacıyev deyib ki, erməni jurnalistlərin Azərbaycana səfər edərək öz gözləri ilə gördükləri barədə erməni ictimaiyyətini məlumatlandırmaları vacib şərtlərdən biridir. Nəzərə almaq lazımdır ki, Ermənistanda dövlət səviyyəsində çox ciddi təbliğat aparılır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsasları və səbəbləri ciddi şəkildə təhrif edilir. Belə bir şəraitdə münaqişə ilə bağlı Azərbaycanın baxışı barədə jurnalistlərin Ermənistan ictimaiyyətini məlumatlandırmalarına ehtiyac var idi. Bu əsasda da ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirildi. Bu, həyata keçirilən ilk təşəbbüslərdən biri idi. Azərbaycan və Ermənistan QHT-lərinin qarşılıqlı səfərlərinə dair təşəbbüslər barədə isə hələlik məlumat yoxdur”.

Tarix
2019.12.12 / 12:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla