Yuxarı

İlin ən önəmli və ən uğursuz hadisəsi hansıdır?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ildə dünyada bir sıra maraqlı, gərgin və qanlı hadisələr yaşandı.

Axar.az fərqli ölkələrdən olan politoloq və analitiklər arasında “İlin ən əhəmiyyətli və ən uğursuz siyasi hadisələləri” haqda sorğu keçirib.

Amerikalı ekspert, Kaliforniya Universitetinin Siyasi Elmlər professoru Stiven Fiş:

“İlin ən yaddaqalan hadisəsi ABŞ Prezidenti Donald Trumpın impiçmenti oldu. Partiyası Trampı ölkədən üstün tutmağa qərar verdiyi üçün onun vəzifədən uzaqlaşdırılması ehtimal edilmir.

Lakin Trampın Nümayəndələr Palatası tərəfindən impiçmenti demokratiya düşmənlərinə qarşı vuruşan vacib məqam oldu. Və biz mübarizəyə hələ indi başlamışıq”.

“Kafkassam”ın Amerika araşdırmaları və terrorla mübarizə üzrə mütəxəssisi Əmrah Qaya:

“Əminəm ki, dünya üçün ən unudulmaz və bizim üçün ən önəmli hadisələrdən biri “Sülh çeşməsi” oldu.

Uğursuz hadisələrə gəlincə isə məsələn, Yunanıstanın Şərqi Aralıq dənizi siyasəti oldu. Bundan əlavə, məncə, dünyada yaxın gələcəkdə sülhü bərqərar etmək cəhdi uğursuzluğa düçar olacaq. Çünki ABŞ, Çin və Rusiya müdafiə sənayesi xərclərini artırdı. Bütün bunlarla yanaşı, həmçinin Avropa Birliyi və ABŞ-ın kürd dövləti layihəsi uğursuz oldu”.

Gürcü ekspert və politoloq Gela Vasadzade:

“Bu gün Vaşinqton, Pekin və ya Brüsseldə verilən hər hansı bir qərar dünyanı ciddi şəkildə dəyişdirə bilər. Coğrafiya həlledici rol oynamağı dayandırır. Güc və ya pulun nüfuzu istər-istəməz fərdi nüfuz dairəsi ilə əvəz olunacaq. Bunu ilk kim başa düşsə, liderlik yarışında qalib gələcək”.

Koreya Milli Müdafiə Universitetinin Milli Təhlükəsizlik Məsələləri üzrə professoru Yançun Kim:

“İlin ən uğurlu hadisəsi ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İnin Şimali Koreya ilə Cənubi Koreyanı ayıran hərbsizləşdirilmiş zonada görüşü oldu. Ən uğursuz hadisə isə yenə də eyni tərəflərin Hanoi zirvəsi zamanı görüşü oldu”.

Rus hərbi ekspert İqor Pankratenko:

“Konkret bir hadisəni seçmək çətindir. Şərq bu il hamını təzyiq altında saxladı, amma yenə də yalnız bir hadisə qeyd etməliyəmsə, beynəlxalq iqtisadiyyata ciddi təsir göstərən ABŞ-Çin ticarət müharibəsinin gedişatını seçəcəm. Bu hadisə təkcə yaddaqalan və əlamətdar deyil, bu, hətta hələ də davam etməkdə olan hadisədir. Düşünürəm ki, ABŞ-Çin qarşıdurması XXI əsrin ən stabil siyasi proseslərindən biri olacaq.

İlin ən uğursuz hadisəsinə gəlincə, birinci növbədə Əfqanıstandakı münaqişənin həlli istiqamətində atılan addımları qeyd etmək olar. ABŞ burada əlindən gələni etsə də, oyuna Çin və Özbəkistan kimi başqa ciddi oyunçular da qoşuldu. Lakin bütün bunlara baxmayaraq, sözügedən ərazidə ciddi bir dəyişikliyə nail olunmayıb”.

Tarix
2019.12.27 / 15:36
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla