Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 Fevral 2020


"Biz həmin 7 ətraf rayonu tərk edirik və gedirik..."

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan ötən gün İrəvanda ordu günü münasibətilə keçirilən tədbirdə jurnalistlərin sualları ilə qarşılaşıb.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, jurnalistlər ondan Baş nazir Nikol Paşinyanın Qafanda ötən həftə keçirdiyi mətbuat konfransında dedikləri barədə şərh istəyiblər. Həmin çıxışında Paşinyan keçmiş hakimiyyətin Qarabağ danışıqlarında ona “ağır miras” qoyub getdiyini, Serj Sərkisyanın dövründə danışıqlar predmeti olmuş sənədin 7 ətraf rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutduğunu demişdi.

“Siz inadla bunu istəyirsiniz ki, mən bu işıqlı gündə hansısa uydurma haqda danışım?”, - Serj Sərkisyan belə deyib.

KİV-lər isə Sərkisyanın 2016-cı ildə Rusiya teleaparıcısı Dmitri Kiselyova müsahibəsində dediklərini xatırladıblar. Həmin müsahibədə Sərkisyan deyirdi ki, Qarabağ münaqişəsinin nizamlanmasına dair üç prinsipə-sərhədlərin toxunulmazlığına, xalqların öz müqəddəratını təyin etməsinə və güc tətbiqindən imtinaya əsaslanan variant hazırlanıb. Və həmin sənədin imzalanacağı təqdirdə Ermənistan və Dağlıq Qarabağ yeddi ətraf rayonu boşaltmalıdır. Lakin Sərkisyan qeyd edirdi ki, həmin rayonların boşaldılması ancaq xalqların öz müqəddəratını təyin etmə hüququnun reallaşması üçün referendumun keçirilməsi şərti ilə baş verə bilərdi.

“Erməni tərəfi, yəni Dağlıq Qarabağ və Ermənistan hazırda təhlükəsizlik zonasını təşkil edən həmin əraziləri tərk edirlər. Yəni həmin əraziləri ki, indi azərbaycanlılar onun işğal olunduğunu deyir. Yeddi Azərbaycan rayonu. Biz həmin rayonları tərk edirik və gedirik. Yəni bu həmin ərazi bütövlüyü prinsipidir. Lakin orada birinci bənddə dəqiq yazılıb ki, Dağlıq Qarabağın yekun hüququ statusu orada yaşayan əhalinin sərbəst iradəsi ilə, referendumla müəyyən edilməlidir”, - Serj Sərkisyan prezident olanda belə demişdi.

Xatırladaq ki, Paşinyan ətraf rayonların Azərbaycana qaytarılmasını, Dağlıq Qarabağda referendumun keçirilməsini nəzərdə tutan həll modelinə münasibət bildirmək üçün "Dağlıq Qarabağ prezidentliyinə namizədlərə" çağırış edib. Və həmin "namizədlər" dərhal bu həll variantına qarşı olduqlarını bildiriblər və ərazilərin qaytarılmasının danışıqlar predmeti olmayacağını deyiblər. Serj Sərkisyanın partiyası isə Paşinyanı qorxaqlıqda, Qarabağa dair hər hansı mövqeyə malik olmamaqda ittiham edib. Azərbaycan tərəfi hələlik Paşinyanın Qarabağa dair növbəti populist gedişinə reaksiya verməyib.

Tarix
2020.01.29 / 12:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Petrosyandan tarixi etiraf: Xocalıda ruslarla ermənilər... - Video

Onlar özləri də bilmirlər ki, Qarabağ nədir? - İlham Əliyev

Üzdə Prezidentin ayağını öpüb, arxada... - Həsənquliyev

Prezidentlər bəyanatlarla çıxış etdilər - Yeniləndi

Ərdoğan Azərbaycandakı islahatlardan danışdı

Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Türkiyə-Azərbaycan sənədləri imzalandı - Yeniləndi

Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi - Foto

Bakıda prezidentlərin iştirakı ilə Şuranın iclası keçirildi

İlham Əliyev Ərdoğanı belə qarşıladı - Video

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla