Axar.az
Yuxarı

Axar.Az Logo

Avropa Şurasının ittihamları dəyərsizdir - Rusiyalı ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bugünkü gün Avropa Şurasının nüfuzu prinsipsiz mövqeyi nəticəsində regionda və dünyada əhəmiyyətli dərəcədə azalıb.

Bunu Trend-ə rusiyalı ekspert Dmitri Verxoturov deyib.

O bildirib ki, bu gün həmin təşkilat ciddi böhran vəziyyətindədir və bunu müxtəlif dövlətlər barəsində ikili standartların tətbiq olunması və əsassız tənqidlər təsdiq edir:

“Mahiyyət etibarilə Avropanın bu təşkilatı dünyada baş verən proseslərə hər hansı bir təsir göstərmək iqtidarında deyil, bununla belə o, müntəzəm olaraq müəyyən ölkələr barəsində yalan və tamamilə əsassız, real faktlarla təsdiqlənməyən məlumatların yayılmasına kömək edir. Məsələn, əgər AŞ PA-nın Azərbaycanda guya siyasi məhbusların olması barədə qətnaməsini nəzərə alsaq, Azərbaycan Prezidenti öz qiymətləndirməsində tamamilə haqlıdır. Bu qətnamə sübutsuzdur və hüquqi cəhətdən dəyərsizdir. Mahiyyət etibarilə bu, müəyyən şayiələrdir. AŞ PA və Avropa Şurası öz şüarlarında vurğulayırlar ki, onlar insan hüquqlarını müdafiə edirlər. Məhz bu məsələdə hüquq prinsiplərinə əsaslanmalı idilər”.

Ekspert əlavə edib ki, Avropa Şurası tərəfindən Azərbaycanın ünvanına yayılan şayiələr məntiqsiz və əsassızdır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən çıxışında Avropa Şurasının fəaliyyətini sərt tənqid edib. Dövlət başçısı bildirib ki, bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir.

“Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir. Sözün düzü, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik. Ancaq o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalır”, - deyə Prezident bildirib.

Tarix
2020.02.07 / 00:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərkisyan Paşinyanı ikinci dəfə rədd etsə... - Politoloq

Əliyev-Ərdoğan qardaşlığı gücümüzü artıracaq - TBMM

İrəvana xəbərdarlıq: Hərbçiləri ərazimizdə yerləşdirsəniz... - XİN

Azərbaycanlılar bu qırğını heç vaxt unutmayacaq - İsrail nəşri

Prezident sərəncam imzaladı

Paşinyan savadsızlıqdan “İsgəndər” adını çəkib – Video

Əliyev: Dağlıq Qarabağ ifadəsini işlətməməliyik - Video

Tehran və Bakı üçün bu sahələrdə yeni imkanlar açılır

Türkiyədən bu silahları alırıq – Prezident

Bu, Türk ordusunun gəlməsi deməkdir - Prezident

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla