Yuxarı

İlham Əliyev Qəmbərovun vəfatı ilə bağlı nekroloq imzaladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri Miri Əhəd oğlu Qəmbərovun ölümü ilə bağlı nekroloq imzalayıb.

Axar.az nekroloqun mətnini təqdim edir:

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri Miri Əhəd oğlu Qəmbərov 2020-ci il fevral ayının 11-də ömrünün 85-ci ilində vəfat etmişdir.

Miri Qəmbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952–1954-cü illərdə Lənkəran kərpic zavodunda texnik-nəzarətçi və komsomol təşkilatının katibi işləmiş, 1954–1956-cı illərdə Bakı Kooperativ Texnikumunda oxumuş, 1959–1964-cü illərdə isə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində əmtəəşünaslıq ixtisası üzrə ali təhsil almışdır.

Miri Qəmbərov 1956-cı ildən etibarən Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı sistemində fəaliyyət göstərmiş, 1961-ci ilədək “Azərittifaq”ın mərkəzi aparatında əmtəəşünas və baş əmtəəşünas, 1961–1978-ci illərdə “Azərittifaq”ın təsərrüfat, tikinti və sənaye malları satışı idarəsində direktor və baş direktor, 1978–1979-cu illərdə yenidən “Azərittifaq”ın mərkəzi aparatında baş əmtəəşünas, 1979–1980-ci illərdə “Azərittifaq” İstehsalat İdarəsinin rəisi olmuş, 1980–1981-ci illərdə Bakı Şəhər Ticarət İdarəsində şöbə rəisi, 1981–1982-ci illərdə Bakı şəhərinin Oktyabr rayonunda ticarət idarəsinin direktoru, 1982–1994-cü illərdə Respublika İdman və Mədəni Mallar İdarəsinin baş direktoru işləmişdir.

Miri Qəmbərov 1994–1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri olmuş, 1997-ci ilin iyun ayından ömrünün sonunadək “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır.

Uzun illər boyu çalışdığı vəzifəsindən asılı olmayaraq, bütün sahələrdə Miri Qəmbərov daim işgüzarlıq, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Yüksək tələbkarlığı, dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona həmkarları arasında nüfuz və hörmət qazandırmışdır. O, müxtəlif dövrlərdə respublikada ticarət sisteminin təkmilləşdirilməsi və zamanın tələblərinə uyğun qurulması, habelə ölkəmizin ticarət və iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük əmək sərf etmişdir.

Miri Qəmbərov respublikanın ictimai həyatında fəal iştirak etmiş, bir neçə çağırış Bakı şəhər Sovetinin deputatı olmuş və müstəqil Azərbaycan Respublikasının ikinci çağırış Milli Məclisinə üzv seçilmişdir.

Miri Qəmbərovun uzunmüddətli əmək fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının iqtisadi inkişafındakı xidmətlərinə görə bir sıra orden və medallarla, eləcə də 2005-ci ildə ölkəmizin ali mükafatlarından olan “Şöhrət” ordeni ilə, 2010-cu ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim və səmimi insan Miri Əhəd oğlu Qəmbərovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Oqtay Əsədov

Samir Nuriyev

Şahmar Mövsümov

Natiq Əmirov

Eldar Əzizov

Tarix
2020.02.11 / 16:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla