Yuxarı

Türkiyə böyük savaşa girə bilər – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Əsəd rejiminə təsir imkanları çox böyükdür. Rusiya Bəşər Əsəddən hücumları dayandırmağı tələb etsə, o, atəşkəs elan edəcək.

Bu sözləri Axar.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu İdlibdə Türkiyə və Əsəd rejimi arasında gərginliyin pik həddə çatması haqda danışarkən deyib.

Politoloq bildirib ki, Əsədə belə bir əmr verilmədiyi üçün vəziyyət gərginləşir:

“Türkiyə də bütün təxribatlara artıq şəkildə cavab verəcək. Hətta Türkiyə siyasətçiləri bildirib ki, lazım gəlsə, Dəməşqə qədər ordumuz getməlidir. Düzdür, bu, bir az emosional açıqlamadır. Amma Türkiyənin bu yolda qarşısını heç kim ala bilməyəcək. İki gün öncə İdlibdə 5 türk hərbçisi şəhid oldu. Türkiyə ordusu da Əsəd rejiminə ağır şəkildə cavab verdi. Bu proses getdikcə genişlənə bilər. Bunun üçün seçim rəsmi Moskvanındır. Əgər rəsmi Moskva Türkiyə və Suriya ordularının müharibə aparmasını istəmirsə, qarşıdurmanın dayandırılması ilə bağlı işini sürətləndirməlidir.

Əslində, bu, Rusiyanın da maraqlarına cavab vermir. Çünki belə olan halda Türkiyə ABŞ-a yaxınlaşacaq. Hazırda məsələ ilə bağlı Rusiya və Türkiyə arasında təmaslar gedir. Əgər Rusiya bu təxribatların qarşısını almasa, Türkiyə ordusu daha genişmiqyaslı hərbi əməliyyata başlaya bilər”.

Tarix
2020.02.12 / 16:22
Müəllif
Samir Soltanov
Şərhlər
Digər xəbərlər

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla