Yuxarı

ABŞ Yunanıstanı Türkiyə ilə danışıqlar masasına oturtdu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatlar ABŞ-ın maraqlarına uyğundur. ABŞ istəmir ki, Yunanıstan Türkiyənin diqqətini yayındırsın.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Türkiyə və Yunanıstan hərbi nümayəndə heyətlərinin fevralın 17-21-də Afinada keçiriləcək görüşünə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu, iki dövlət arasında sayca üçüncü belə görüş olacaq:

"Türkiyə və Yunanıstan hərbi nümayəndə heyətləri arasında görüşün olacağı öncədən razılaşdırılmışdı. Türkiyə Müdafiə naziri Hulusi Akar NATO-nun Brüsseldəki toplantısı çərçivəsində yunanıstanlı həmkarı Nikos Panayotopulos ilə görüşmüşdü. Bu görüş sonrası tərəflərin yenidən bir araya gələcəyi ehtimal olunurdu. Son zamanlar Aralıq dənizində Yunanıstan və Türkiyə arasında gərginlik artmadadır. Bu baxımdan iki NATO ölkəsi arasında yaranan gərginlik, ABŞ başda olmaqla, digər alyans ölkələrini ciddi narahat edir. Hər iki ölkənin yaxın tarixdə iki dəfə müharibə etdiyini nəzərə alsaq, bu görüşün nə dərəcədə önəmli olduğunu anlamaq olar. Türkiyə son zamanlar regionda olduqca aktivdir. Xüsusi ilə Ankaranın Yaxın Şərqdə fəal hərbi əməliyyatlar aparması bir çox ölkənin narazılığına səbəb olur. Digər tərəfdən Aralıq dənizində təbii enerji resursları axtarışları da Yunanıstan ilə gərginliyin əsas səbəbidir. Buna baxmayaraq, NATO və ABŞ iki ölkə arasında gərginliyi azaltmağa çalışır. Türkiyənin hazırda Suriyada apardığı hərbi əməliyyatları ABŞ da dəstəkləyir. Hər nə qədər son zamanlar ABŞ ilə Türkiyə arasında münasibətlər soyuq olsa da, ABŞ istəmir ki, Türkiyənin diqqəti Suriyadan yayınsın. Bu baxımdan tərəflərin bir araya gəlməsi və müzakirələr çərçivəsində iki ölkənin hərbçiləri arasında dialoq kanallarının daim açıq saxlanılması vacibdir", - deyə o bildirib.

Tarix
2020.02.15 / 16:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla