Yuxarı

Əliyevlə Paşinyanın görüşü göstərir ki... – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti çoxillik təcrübəsi, intellektual səviyyəsi və ən əsası problemlə bağlı bütün nüansları çox gözəl bildiyinə görə, Paşinyanı belə istiqamətləndirə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli bu gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr edilmiş görüşü şərh edərkən deyib. O bildirib ki, görüşün belə önəmli bir konfrans çərçivəsində baş tutması pozitiv addımdır:

“Bu gün Münhendə baş tutacaq bu görüş bundan öncəki digər görüşlərə nəzərən daha vacibdir. Bugünkü görüş rəsmi xarakter daşıyacaq və müzakirə sferası da kifayət qədər böyük olacaq. Hər nə qədər rəsmi bir görüş olsa da, Ermənistan baş nazirinin konstruktivliyinə, danışıqlar prosesinə təkan verəcək mövqe tutacağına əmin deyiləm. Hər halda bu bir görüşdür və qarşılıqlı fikir mübadiləsi baş verəcək. Bundan öncə XİN başçılarının görüşü baş tutub. O görüşün 11 saat davam etməsi göstərir ki, danışıqlar masası üzərində artıq nə isə var. Düşünürəm ki, bugünkü görüşdə də məhz nazirlərin görüşü zamanı danışılan mövzular ətrafında müzakirələr ola bilər”.

Politoloq qeyd edib ki, danışıqlarda Azərbaycan Prezidentinin əli daha güclüdür:

“Paşinyan məntiqi bir ardıcıllığa malik siyasətçi deyil. Belə bir adamla siyasi məsələləri müzakirə etmək çətindir. Lakin Azərbaycan Prezidenti çox təcrübəlidir, intellektual səviyyəsi yüksəkdir və ən əsası problemlə bağlı bütün nüansları çox gözəl bilir. Paşinyan ənənəvi olaraq Dağlıq Qarabağ məsələsinin ilk növbədə müzakirə edilməsinə müqavimət göstərəcək. O, daha çox Dağlıq Qarabağ ətrafı Azərbaycan rayonlarının müzakirəsinə fikir verəcək. Onu da qeyd edim ki, beynəlxalq təşkilatlar postsovet məkanındakı bütün münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll edilməsini birmənalı olaraq qəbul edir. Ermənilərin irəli sürdüyü “xalqların öz müqəddəratını təyinetmə hüququ var” tezisi də bu gün köhnəlmiş kominist, sosial demokrat tezisidir. Bu tezis 20-ci əsr müstəmləkə zülmündən xilas olan dövlətlərə şamil edilirdi. Digər yandan Ermənistan tarixdə artıq bir dəfə bu hüquqdan istifadə edib. Tarix boyu bir xalqın iki dəfə öz müqəddəratını təyin etməsi görülməyib. Bu mənada Paşinyanın və bütövlükdə ermənilərin səsləndirdiyi arqumentlər günü-gündən öz əhəmiyyətini itirir”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş Bakı vaxtı ilə saat 20.30-da başlayacaq.

Tarix
2020.02.15 / 15:48
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla