Yuxarı

Əliyev-Paşinyan debatında 4 vacib məqam – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev-Paşinyan debatında 4 vacib məqam – Şərh

Ermənistan Baş naziri Nikol Paşinyanın bəyanatları onu göstərir ki, İrəvan hələ də mifoloji “Böyük Ermənistan” ideyasına sadiq qalıb.

Bu sözləri Axar.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Azərbaycan və Ermənistan liderlərinin Münhen görüşü haqda danışarkən deyib.

Onun sözlərinə görə, Paşinyanın bir neçə dəfə mifik Tiqran haqqında danışması onun yeni ərazi iddialarından xəbər verir:

“İkinci məsələ ondan ibarətdir ki, Paşinyan açıq şəkildə oğlunun Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçdiyini etiraf etdi. Bu da onu göstərir ki, Ermənistan faktiki olaraq bu ərazilərə nəzarət edir. Halbuki Paşinyan bir neçə dəfə qeyd edib ki, qondarma “dqr” var və Azərbaycan birbaşa onunla danışıqlar aparmalıdır.

Üçüncü bir məsələ: erməni tərəfi yenə də Xocalıda olan qırğını inkar etdi. Bütün bunlara təbii ki, Prezident İlham Əliyev tərəfindən tutarlı cavab verildi.

Dördüncü məqam Ermənistanın beynəlxalq hüquq normalarını təhrif etməyə çalışması oldu.

Bu dörd məqam onu göstərir ki, Ermənistan hazırda hər hansı bir substantiv addım atmağa hazır deyil. Debat göstərdi ki, Azərbaycanın mövqeyi həm hüquqi, həm tarixi baxımdan Ermənistandan qat-qat üstündür”.

F.Şəfiyev qeyd edib ki, ölkə liderlərinin ictimaiyyət qarşısında debatı ilk dəfə idi:

“Gələcəkdə bunun başqa bir səviyyədə – XİN rəhbərləri səviyyəsində və s. davam etdirilməsi məqsədəuyğun olar. Lakin düşünürəm ki, orada artıq münaqişənin həll üsulları müzakirə olunmalıdır”.

Tarix
2020.02.17 / 12:52
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla