Yuxarı

Kreml bu hücumla hədəfinə çatdı – İsti şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml bu hücumla hədəfinə çatdı – İsti şərh

Ukraynada bugünkü təxribat atəşkəsin çox kövrək olduğunu bir daha sübut etdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bu gün səhər saatlarında Donbasdakı separatçıların Ukrayna ordusuna hücumunu şərh edərkən bildirib.

Politoloqun sözlərinə görə, Vladimir Zelenski müharibə istəmədiyini açıq şəkildə bəyan etmişdi və separatçılarla, o cümlədən Moskva ilə kiçik razılaşmalara da imza atmışdı:

“Vəziyyətin sabitləşməsinə inamın artdığı məqamda separatçılar Moskvanın təlimatıyla yenə təxribata əl atdılar. Luqansk separatçıları Minsk razılaşmalarını pozaraq, bu gün təmas xəttini yarıb hücuma keçməyə cəhd ediblər. Separatçılar Rusiyadan aldıqları bütün silah növlərindən Ukrayna ordusunun mövqelərinə zərbələr endirdilər. Ukrayna hərbçiləri arasında ölən və yaralananlar var. Ukrayna Prezidenti bu saatlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırıb. Zelenski nə qədər sülhpərvər olsa da, separatçıların təxribatını cavabsız qoymamağa çalışacaq”.

Politoloqun sözlərinə görə, bu olay Kremlin ətrafdakı münaqişələrin sülh yolu ilə həllinə maraqlı olmadığını göstəricisidir:

“Zelenski hökuməti son aylarda iqtisadiyyatda müəyyən irəriləyişlər əldə etməyə başlamışdı, maaşlar və pensiyalar artırdı. Aydındır ki, Ukraynanın sakit şəraitdə problemlərini həll etməyə çalışması və addım-addım irəliləməsi Kremlin maraqlarına uyğun deyil. Ona görə də növbəti təxribata ehtiyac var idi. Onu da etdilər. İndi Zelenski vaxtının çoxunu və ölkəsinin ehtiyaclarını yenidən separatçılarla mübarizəyə cəlb etməlidir. Kremlə də elə bu lazımdır”.

Qeyd edək ki, bu gün Donbasdakı separatçı rejim Ukrayna ordusunun Novotoşkovsk, Orexovo, Krımskoye, Xutor Volnıy yaşayış məntəqələrindəki mövqelərinə hücum edib.

Hücum nəticəsində Zoloto yaxınlığında Ukrayna ordusunun mövqelərini itirdiyi və itkilərin olduğu barədə məlumat yayılıb. İddiaya görə, hücumda rus muzdluları da iştirak edib.

Tarix
2020.02.18 / 14:22
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla