Yuxarı

Qondarma respublika hücuma keçdi: Nələr olacaq?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın separatçılara dəstəyi Ukraynada sabitliyi pozan əsas faktdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Donbas separatçılarının Ukrayna ordusunun nəzarətində olan Novotoşkovsk, Orexovo, Krımskoye, Xutor Volnıy yaşayış məntəqələrinə hücumunu şərh edərkən deyib. O bildirib ki, Donbas Ukraynanın ayrılmaz tərkib hissəsidir:

“Hazırda separatizm dünya dövlətlərinin ən böyük problemi halına çevrilib. Xüsusilə bu problem MDB məkanında daha geniş vüsət alıb. Ukrayna separatizmdən ən çox əziyyət çəkən ölkələrdən biridir. Belə ki, Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar 2014-cü ilin aprel ayında başlayıb. Burada olan etnik separatçılar yerli ukraynalıları silah gücünə ərazidən çıxarıblar. Nəticədə Donetsk və Luqansk regionları separatçıların nəzarətinə keçib. Hazırda döyüşlər Ukraynanın Silahlı Qüvvələri və qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Separatçılar nə mərkəzi hakimiyyətə tabe olurlar, nə də münaqişənin nizama salınması üçün yaradılmış tələblərlə razıdırlar. Bundan əlavə, separatçıların yekun bir hədəfləri də yoxdur. Belə ki, onlar ya tam müstəqil olmaq, ya da Ukraynadan ayrılıb Rusiyaya birləşmək istəyirlər. Göründüyü kimi, separatçılar arasında da müəyyən fikir ayrılıqları mövcuddur. Lakin bir reallıq var ki, Donbas separatçıları əmri birbaşa Moskvadan alır”.

Politoloq bildirib ki, Ukrayna münaqişənin Normand formatı çərçivəsində həll edilməsin istəyir:

“Hətta separatçıların xeyrinə bəzi güzəştlərə belə razıdır. Belə ki, ilk növbədə Rusiya qoşunlarını Donbas və Luqanskdan çıxarmalıdır. Düzdür, Rusiya bu iddiaları təkzib etsə də, Ukrayna tərəfi separatçıların sırasında Rusiya hərbçilərinin olduğunu iddia edir. Bundan sonra separatçılar silahı yerə qoymalı və yenidən referendum keçirməlidir. Ukrayna tərəfi tələblər yerinə yetirilsə, Donbas və Luqanska muxtariyyət verəcəyini qeyd edib. Buna baxmayaraq, separatçılar Normand təklifləri ilə razı deyillər. Separatçıların irimiqyaslı hücuma başlaması münaqişənin danışıqlar formatında həllini yenidən ikinci plana keçirmiş oldu”.

Qeyd edək ki, bu gün Donbasdakı separatçı rejim Ukrayna ordusunun Novotoşkovsk, Orexovo, Krımskoye, Xutor Volnıy yaşayış məntəqələrindəki mövqelərinə hücum edib.

Hücum nəticəsində Zoloto yaxınlığında Ukrayna ordusunun mövqelərini itirdiyi və itkilərin olduğu barədə məlumat yayılıb. İddiaya görə, hücumda rus muzdluları da iştirak edib.

Tarix
2020.02.18 / 16:48
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla