Yuxarı

Əliyev vəziyyəti çox dərin şəkildə dərk edir - Sobhani

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla sülh Ermənistanın iqtisadi sabitliyə nail olması üçün əsas şərtlərdən biridir.

Bunu Trend-ə amerikalı ekspert, “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib.

Münhendə Dağlıq Qarabağla bağlı panel müzakirələri barədə danışan ekspert qeyd edib ki, bu müzakirələrin Münxen Təhlükəsizlik Konfransı kimi nüfuzlu platformada keçirilməsi beynəlxalq ictimaiyyətin münaqişənin nizamlanmasında daha qətiyyətli hərəkət edəcəyinə ümid yaradır.

O, xüsusilə vurğulayıb ki, Prezident İlham Əliyev vəziyyəti çox dərin və rasional şəkildə dərk edir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində dəqiq strategiyaya malikdir:

“Paşinyan hakimiyyətə iqtisadi islahatlara, əmək məşğulluğu üçün daha yaxşı şərtlərə, eləcə də gələcəyə inama kəskin ehtiyac duyan erməni xalqının müdafiəçisi kimi gəlib. Ümid edirəm ki, Paşinyan Ermənistanın iqtisadi sabitliyə nail olması və iş yerlərinin yaradılması üçün əsas şərtlərdən birinin Azərbaycanla sülh olduğunu dərk edir. Paşinyan bilir ki, “sülh dividendi” deyə anlayış var və əgər Azərbaycanla sülh sazişi əldə etsə, Ermənistan iqtisadiyyatı inkişaf edəcək. Ermənistanda keçirilmiş rəy sorğusu göstərib ki, əhalinin böyük əksəriyyətini iqtisadi rifah maraqlandırır və onlar Azərbaycanla sülhü müsbət amil kimi qiymətləndirir”.

Tarix
2020.02.19 / 13:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Prezidentlərin təkbətək görüşü başladı

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla