Yuxarı

Mənsimov Münhen debatından və FETÖ-dan nələr dedi...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov tanınmış bloger Fuad Abbasovun şəxsi Yutub kanalı Misra TV-yə müsahibə verib.

Axar.az xəbər verir ki, xeyriyyəçi addımları və layihələri ilə gündəmə gələn Palmali Şirkətlər Qrupunun prezidenti müsahibəsində fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrinə münasibət bildirib.

Mübariz Mənsimov ölkə başçısı İlham Əliyevlə fəxr etdiyini dilə gətirib:

“Mən bir azərbaycanlı olaraq həmin paneli izləyərkən qürur hissi keçirdim. İlham Əliyev Paşinyanı tamamilə küncə sıxışdırdı və səlis ingilis dili, tutarlı tarixi faktlar və ən əsas siyası biliyi və manevri ilə prezidentimiz Ermənistan baş nazirini çaşdırdı, dil çaşıb düzünü deyə misalı, onu “Dağlıq Qarabağ Azərbaycan torpağıdır” deməyə məcbur etdi. Bu gün ermənilərin özü belə hələ də həmin görüşü müxtəlif dairələrdə müzakirə edib məğlub olduqlarını etiraf edirlər. Həmin görüş bir daha onu göstərdi ki, İlham Əliyev böyük siyasətçi Heydər Əliyevin oğludur və sıradan bir ailədə yox, dahi bir siyasətçinin ailəsində böyüyüb. Həmin gün mənim atamın ad günü idi və biz bütün qonaqlarla televizorun qabağında bu müzakirəni izləyib böyük fəxr hissi keçirərək gözəl bir təəssürat aldıq. Qeyd edim ki, debatı məşhur “Avronyus” (Evronews) kanalı ilə yanaşı Türkiyənin demək olar əksər telekanalları öz xəbər lentinə daşıdı”.

Mənsimov daha sonra Azərbaycandakı islahatlara da yer ayıraraq ölkə prezidentinin bu islahatları uğurla başa çatdıracağına, bəzi yarıtmaz məmurları da təmizləyəcəyinə inandığını bildirib.

Fuad Abbasovun müsahibinə sualları arasında son vaxtlar Mənsimova Türkiyədə “ FETO işi” ilə bağlı açılan cinayət işi də olub.

İş adamı adıçəkilən cinayət işinin sifarişinin Azərbaycandan olduğunu dilə gətirib:

“İnanın, çox üzülərək deyirəm ki, sifariş Azərbaycandan gəlib. Amma bu adamlar kiminlə mübarizə apardıqlarını həmişə olduğu kimi unudurlar. Bizim keçmişimiz, həmişə qeyd etdiyim kimi, təmiz və şəffafdır. Anonim məktublar, yalançı şahidlərə Türkiyə kimi hüququn qorunduğu və kutsal baxıldığı ölkədə kimsə inanmır. Mən də Türkiyədə yeni bir ad və sima deyiləm. Mənim kimliyim, işimin adı və karyeram Türkiyənin Cümhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğana da yaxşı məlumdur. “Palmali” adı Türkiyədə tanınır və sevilir. Adını belə çəkmək istəmədiyim Fətullah Gülənin isə məhz sifariş verənlərlə hansı əlaqələri olduğunu gözəl bilirəm. Burada da xüsusi vurğulayıram ki, əlimdə bu barədə çox ciddi və təkzibolunmaz faktlar var. Üstəlik, yeni-yeni faktlar da əlimə keçir. Onlar bundan qorxmalıdır, mən deyil”.

Tarix
2020.02.23 / 20:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla