Yuxarı

Ərdoğanın Bakı səfərinin əhəmiyyəti... – İsti şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini çox yüksək qiymətləndirirəm. Səfərin əsas gündəmində iqtisadi məsələlər dayanır. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması, eyni zamanda bir sıra ortaq iri layihələrin icaraya başlaması məsələləri müzakirə ediləcək.

Bu sözləri Axar.az-a Yaxın Şərq üzrə politoloq Vüqar Zifəroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər ciddi, yaxın və strateji əhəmiyyətə malikdir:

“Bu münasibətlər özündə bir çox parametrləri ehtiva edir. Burada təkcə dost və qardaş ölkənin münasibətindən söhbət getmir. Eyni zamanda iki bir-birinə yaxın və son dərəcə ciddi strateji müttəfiq olan ölkələrdən söhbət gedir. Azərbaycan və Türkiyənin yaxınlığı bir çox ölkələrin münasibətlərində bir örnək model təşkil edə bilər. Bunu dəfələrlə hər iki ölkənin prezidentləri əməli addımlarla bütün dünyaya göstəriblər və sübut ediblər.

Bayaq dediyim kimi gündəmdə ticarət dövriyyəsinin 25 faiz artırılması məsələsi var. Bundan başqa, müdafiə sənayesi sahəsi üzrə də fikir mübadiləsi aparılacaq. Bu barədə Türkiyə Prezidenti açıqlamasında vurğulayıb”.

V.Zifəroğlu son vaxtlarda gərginləşən Türkiyə-Rusiya münasibətlərinin yenidən normallaşmasında Azərbaycanın rolu ola biləcəyini deyib:

“Azərbaycan Türkiyə-Rusiya münasibətlərinin düzəlməsində ciddi rol oynaya bilər. Daha əvvəl də Azərbaycan Türkiyə-Rusiya münasibətlərinin normallaşmasına, hətta bu ölkələrin strateji baxımdan yaxınlaşmasına ciddi töhfə verib. Yəni, Bakının belə bir müsbət təcrübəsi var”.

Tarix
2020.02.25 / 17:17
Müəllif
Samir Soltanov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla