Yuxarı

Sərkisyan: ABŞ Bakını seçdi, nəticəsi də budur!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan: ABŞ Bakını seçdi, nəticəsi də budur!

Tramp administrasiyasının Qarabağa yardımı dayandırması Azərbaycan lobbisinin aktivliyi və Vaşinqtonun xarici dövlətlərə maliyyə yardımını azaltmasıyla bağlıdır.

Axar.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a açıqlamasında erməni politoloq Suren Sərkisyan deyib. O, Tramp administrasiyasının xüsusilə ABŞ üçün strateji əhəmiyyət daşımayan ölkələrə yardım vermədiyini və bunun üçün ümumi xarici yardımları 40% azaltdığını bildirib:

“Vaşinqtonda Azərbaycan lobbisinin aktiv fəaliyyətini qeyd etmək lazımdır. Hətta aydınlaşdıra bilmişik ki, Azərbaycan lobbisi ABŞ Təhlükəsizlik Şurasında fəaliyyət üçün nə qədər vəsait xərcləyir. Məhz Təhlükəsizlik Şurası proqramın davam etdirilməməsi üçün qərar verib. Erməni lobbisinin aktiv fəaliyyəti və 70 konqresmenin məktubu bu məsələdə öz təsirini göstərməyib. Qərar azərbaycanlıların gördüyü iş və Tramp administrasiyasının xarici yardımların həcmini azaltmaqla bağlı ümumi səyləri nəticəsində qəbul edilib. Bakı ABŞ üçün prioritetə çevrilib və təsadüfi deyil ki, 2018-2019-ci illərdə ABŞ Azərbaycana 800 milyon dollar həcmində hərbi yardım edib”.

Sərkisyan yardımın dayandırılması barədə söhbətlərin Ermənistanın Suriyaya yardım etməyə başladığı zaman yarandığını bildirib.

Tarix
2020.03.22 / 15:31
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla