Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
2 İyun 2020


Onların düşüncəsi də koronavirusa yoluxub - Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri son açıqlamaları ilə isbat etdilər ki, hətta dünyanı bürüyən hazırkı bəşəri təhlükə şəraitində də Azərbaycana qarşı qeyri-sağlam niyyətlərindən vaz keçmirlər. Görünür, bu kimi şəxslərin düşüncəsi də koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bunu Report-a Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli AŞPA həmməruzəçiləri Sunna Evarsdottir, Rocer Geyl və Ştefan Şennakın Azərbaycana qarşı açıqlamalarına cavab olaraq bildirib.

Ə.Hüseynli qeyd olunan açıqlamaların müəlliflərinə Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı münasibəti ilə xalqı təbrik edən zaman müxalifət partiyalarını da o cümlədən təbrik edərək dialoqa çağırmasını, böyük həmrəylik nümunəsi göstərməsini xatırladıb:

“Azərbaycan müxalifətinin böyük əksəriyyəti, vətəndaş cəmiyyətinin nümayəndələri Prezidentin bu çıxışının tezislərinə tərəfdar çıxdıqlarını bildirdilər. Görünən odur ki, həmməruzəçilər cənab Prezidentin bu çıxışının mahiyyətini anlamayıblar, yaxud da anlamaq düşüncəsində deyillər. Cənab Prezident bu ağır günlərdə nəinki nümunəvi addımları və gördüyü tədbirlər ilə daha da sıx olaraq xalqla birlikdədir, hətta hazırkı ümumbəşəri təhlükəyə qarşı gördüyü tədbirlər nəticəsində Azərbaycan bu gün həmin həmməruzəçilərin ölkələrinə nümunədir. Bunu dünya qiymətləndirir, müvafiq beynəlxalq təşkilatlar da nümunə çəkir”.

Ə.Hüseynli Azərbaycanda son vaxtlar islahatların yeni mərhələsini, müxtəlif sahələrdə aparılan radikal yenilikləri, o cümlədən bunların fonunda parlamentin yenilənməsini bir daha xatırladaraq həmməruzəçiləri ilk növbədə düşüncələrində islah olunmağa çağırıb:

“Onlar bu açıqlamaları ilə bu çətin günlərdə ölkələrinin, təmsil etdikləri qurumun etimadına zərbə vururlar. Halbuki insanlar bu gün ümumbəşəri həmrəylik ehtiyacı içindədir”.

Tarix
2020.03.28 / 12:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident AİB nümayəndələri ilə görüşdü

İlham Əliyev İtaliya prezidentini təbrik etdi

Prezident Milli Məclisə gələndə himn ifa ediləcək

İlham Əliyev 4 fərman imzaladı

Əliyevin mədəni inqilabı: Qarabağın xilas modeli

Əliyevin İrəvan iddiası və Naxçıvana yerləşdirilən raketlər... - Video

Gərginlik pik həddə: nüvə müharibəsi başlaya bilər...

Milli Şuranın səhvi: İrəvan ermənilərə niyə verildi?

Məmmədyarov əfqanıstanlı həmkarı ilə danışdı

Roma Papası İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla