Yuxarı

Bu, İranın Azərbaycana qarşı açıq-aşkar qəsdidir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan istənilən addım qəbuledilməzdir. İran Dağlıq Qarabağa neft və neft məhsulları göndərdiyini əks etdirən video ilə bağlı dərhal izahat verməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə İranın neft və neft məhsulları göndərdiyini əks etdirən video haqqında danışarkən deyib.

Q.Hüseynlinin sözlərinə görə, İran Ermənistanla münasibətlərə çox önəm verir:

“Görünür, İran üçün Ermənistan vacib tərəfdaşdır. Bunun bariz nümunəsi martın 31-i Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkiləri ilə bağlı verilən bəyanatdır. İran bu "seçkilər"lə bağlı çox müəmmalı bəyanat yaydı. Bəyanatda nə Azərbaycanın ərazi bütövlüyünə, nə də Dağlıq Qarabağ separatçılarının addımına siyasi qiymət verildi. İran tərəfi sadəcə münaqişənin sülh yolu ilə həllində Tehranın vasitəçilik missiyasını vurğulamaqla kifayətləndi. Bu amil belə İranın Ermənistan və separatçılara münasibətini açıq şəkildə göstərir”.

Politoloq qeyd edib ki, İran istədiyi dövlətlə istədiyi cür münasibət qura bilər:

“Onsuz da biz İranın Ermənistanla isti münasibət qurduğunu bilirik. Bunun üçün müəyyən bir sübuta ehtiyac da yoxdur. Düzdür, Azərbaycan İranın Ermənistanla münasibətlər qurmasından narahatlığını bildirsə də, nəticə etibarilə İran suveren bir ölkədir və bu onun öz seçimidir. Lakin İran TIR-larının Dağlıq Qarabağ separatçılarına yanacaq daşıması qəbuledilməz haldır. Bu, humanitar yardım olsa belə. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. İran ilk növbədə bunu unutmamalıdır. Dağlıq Qarabağ separatçılarına istənilən yardım Azərbaycanın ərazi bütövlüyünə və dövlətçiliyinə qəsddir”.

Politoloq qeyd edib ki, İran ona edilən yaxşılığı da, pisliyi də unutmamalıdır:

“Bu gün İran koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkədir. Bununla belə İrana qarşı sanksiyalar tətbiq edilir. Ermənistan koronavirusa görə İranla sərhədləri bağlayan ilk ölkədir. Görünür, İran bunu artıq unudub. Lakin İran bir reallığı unutmamalıdır: Ermənistanın əksinə, Azərbaycan son anadək İranla sərhədlərini tam bağlamadı. Bundan əlavə, Azərbaycan koronavirus pandemiyası ilə bağlı İrana 5 milyon dollar həcmində yardım göndərdi. Cənub qonşumuzun Azərbaycana qarşı ikili standart sərgiləməsi qəbuledilməzdir”.

Tarix
2020.04.13 / 17:16
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla