Yuxarı

Azərbaycan XİN-dən Tiflisə təşəkkür

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan XİN-dən Tiflisə təşəkkür

Gürcüstan Xarici İşlər naziri David Zalkaliani Tiflis teleqülləsinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması ilə əlaqədar Tvitter hesabında paylaşım edib.

Axar.az xəbər verir ki, XİN başçısı paylaşımında ölkəsinin koronavirusla mübarizədə Azərbaycanla həmrəy olduğunu və dəstəklədiyini qeyd edib.

“Tiflis teleqülləsi ümid, dəstək və həmrəylik mesajı olaraq COVID-19 pandemiyasından zərbə almış Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb. Biz hamımız eyni gəmidəyik. Biz birlikdə qalib gələcəyik”, - deyə paylaşımda bildirilib.

Azərbaycan XİN isə Tiflisə həmrəylik mesajına görə təşəkkür edib. Nazirliyin Tvitter hesabında yerləşdirilən paylaşımda həmrəylik mesajına görə Gürcüstana təşəkkür edilib.

“Tbilisidə televiziya qülləsini Azərbaycan bayrağının rəngləri ilə işıqlandıraraq Gürcüstan Azərbaycanla həmrəylik nümayiş etdirib. Təşəkkür edirik, dost Gürcüstan”, - deyə paylaşımda qeyd edilib.

Tarix
2020.04.16 / 23:09
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla