Yuxarı

Bu mübarizə Bakının uğur hekayəsidir - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan COVID-19 ilə mübarizədə uğur hekayələrindən biridir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT Vörld" xəbər telekanlına müsahibəsində deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan hökuməti yanvarın ortalarından bəri müəyyən addımlar atır:

“Bu, Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi strateji baxış, habelə COVID-19 ilə əlaqəli risklərin qiymətləndirilməsi və təhlili ilə əlaqədardır. Nəticədə deyə bilərik ki, Azərbaycan daha yaxşı vəziyyətdədir. Bu, COVID-19 ilə mübarizədəki uğur hekayələrindən biridir.

Azərbaycan hökuməti tərəfindən görülən işlərə gəlincə, H.Hacıyev qeyd edib ki, COVID-19 böhranı ilə mübarizədə milli koordinasiya son dərəcə vacibdir:

“Buna görə də Azərbaycan Prezidentinin sərəncamı ilə Nazirlər Kabineti yanında bütün dövlət qurumlarının fəaliyyətlərini əlaqələndirmək üçün işçi qrupu yaradılıb. Əlbəttə, karantin tədbirləri də son dərəcə vacibdir. Burada Azərbaycanın misilsiz təcrübəsini bölüşmək istərdim. Yanvarın sonu və fevralın əvvəlindən Azərbaycana gələn bütün azərbaycanlıları və ya xarici vətəndaşları xüsusi karantin zonalarında yerləşdirməyə başladıq. Bunun üçün dörd və beşulduzlu otellər ayrılıb. Fevral ayının ortalarından etibarən müəyyən məhdudiyyətlər tətbiq olunur. Mart ayının əvvəlindən etibarən bütün təhsil müəssisələri bağlanıb və sosial izolyasiya tədbirləri tətbiq edilib, hərəkət məhdudlaşdırılıb. Bütün bu tədbirlər sayəsində Azərbaycanın uğur hekayəsinə səmərəli töhfələr verdik”.

Tarix
2020.04.26 / 11:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla