Yuxarı

Haftar kritik səhv etdi: vəziyyət ağırlaşacaq – Ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haftarın son bəyanatları onun mövcud vəziyyətinin nə dərəcədə ağır olduğunu göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın ölkəni nəzarətə götürməsi ilə bağlı bəyanatını şərh edərkən deyib. O vurğulayıb ki, bu bəyanat həqiqəti əks etdirmir:

“Haftar bundan öncə də bənzər bəyanatlar verərək gündəmi dəyişməyə və ən əsası da psixoloji baxımdan üstünlük əldə etməyə çalışırdı. Hətta yanvar ayında Liviyanın 80 faizinə nəzarət etdiyini açıqlamışdı. Bu da azmış kimi paytaxt Tripolinin ələ keçirilməsinə az qalması haqda bəyanatlar vermişdi.

Digər tərəfdən Haftarın bəyanatını Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərrac təkzib edib. Əgər bu informasiya doğru olsaydı, hər halda Sərrac ələ keçirilməli və ya öldürülməli idi. Lakin biz görürük ki, Fayez Sərrac Haftarın bəyanatını rəsmi şəkildə təkzib edir”.

Ekspert bildirib ki, Haftar bu yolla diqqətləri öz üzərinə çəkmək istəyir:

“Xəlifə Haftar hazırda çətin bir vəziyyətdədir, çünki faktiki olaraq dəstəkçilərindən lazımi yardımı ala bilmir. O, Fayez Sərracın qarşısında tək qalıb. Sərrac “Qəzəb vulkanı” əməliyyatı ilə Haftara ağır zərbələr endirir. Haftar belə bir bəyanat verərək, müttəfiqlərinin diqqətini yenidən öz üzərinə yönəltmək istəyir”.

Ekspert bildirib ki, Haftarın Şirat sazişini ləğv etməsi böyük siyasi səhvdir:

“Şirat sazişi 2015-ci ilin dekabr ayında Mərakeşin Şirat şəhərində imzalanıb və silahlı münaqişə tərəfləri arasında mövcud olan problemin siyasi yolla həllini ehtiva edir. Bu, Liviyada hakimiyyətin qurulmasını təmin edən BMT-nin sülh planına əsaslanırdı. Nəticədə ölkədə Milli Razılıq Hökuməti və Prezident Şurası yaradıldı. Hazırda hər iki quruma Baş nazir Fayez Sərrac rəhbərlik edir. Bundan əlavə, razılaşmaya əsasən bütün neft gəlirləri Tripolidəki Mərkəzi Banka daxil olmalı idi. Haftar Şirat sazişini ləğv etməklə heç bir beynəlxalq normanı tanımadığını açıqca göstərmiş oldu. Düşünürəm ki, bu addım Haftarın mövcud vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxaracaq”.

Tarix
2020.04.28 / 16:22
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla