Yuxarı

Kreml Nikolu devirib, Qarabağa ordu yeridəcək – Səfilyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml çalışır ki, Ermənistan hakimiyyətinə təzyiqlər edərək, ondan Qarabağ məsələsində güzəşt alsın.

Axar.az xəbər verir ki, bunu Sasna Çrer Partiyasının sədri Jirayr Səfilyan deyib.

O, həmçinin Kremlin Paşinyanı devirmək istədiyini və bu işdə “beşinci kolon”dan istifadə etdiyini bildirib:

“Qarabağ məsələsi Ermənistanı Rusiyanın Cənubi Qafqazdakı son bataqlığı olaraq saxlamaq üçün aktuallaşdırılıb. Biz bilirik ki, minimum 200 il ərzində onlar Qarabağ problemi və ya “erməni-tatar” münasibətlərini Cənubi Qafqazda dominantlıqlarını saxlamaq üçün istifadə ediblər. Bu gün Qarabağ məsələsinin aktuallaşdırılması onların Qarabağda hərbi mövcudluqlarını təmin etmək üçündür. Azərbaycan buna razılaşana qədər Rusiya Ermənistanı böyük güzəştlərə məcbur etməlidir. Yalnız bundan sonra Bakı Qarabağda Rusiya hərbi mövcudluğuna razılaşa bilər. Bu hərbi mövcudluğun hansı məqsədlə olacağı aydındır. Digər tərəfdən, Qarabağ məsələsində aktivlik həm də Rusiyanın Ermənistanda siyasi dəyişiklik istəməsiylə bağlıdır. Biz bilirik ki, iki il öncə dəyişiklərin məqsədi ilk növbədə hakimiyyətə Nikol kimi adamı gətirmək yox, Serj Sərkisyanı hakimiyyətdən uzaqlaşdırmaq idi. Onların məqsədi Karen Karapetyanı Baş nazir etmək idi. Bu plan uğursuzluğa düçar oldu. Rusiya qarşısına məqsəd qoyub ki, Nikoldan canını qurtarsın. Son günlər biz görürük ki, “beşinci kolon” Paşinyana qarşı hücuma başlayıb və bunun nəticəsində Ermənistanda hakimiyyət dəyişikliyi baş verməlidir”.

Tarix
2020.05.06 / 18:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla